Ursula von der Leyen etimadsızlıq səsverməsindən uğurla keçdi
AB Komissiyasının sədri Ursula von der Leyenə qarşı Avropa Parlamentində etimadsızlıq səsverməsi keçirildi. Von der Leyen bu səsvermədən keçərək vəzifəsini qorudu.
Von der Leyenə qarşı irəli sürülən etimadsızlıq təklifi 175 parlamentarinin dəstəyini qazansa da, üçdə iki səs çoxluğuna çata bilmədiyi üçün rədd edildi. Səsvermədə 360 parlamentari Ursula von der Leyen rəhbərliyindəki AB Komissiyasının lehinə, 18 parlamentari isə bitərəf səs verdi.
Əgər Parlamentin sağ cinahı tərəfindən dəstəklənən təklif lazımi dəstəyi qazansaydı, Ursula von der Leyen sədrliyindəki AB Komissiyasının bütün üzvləri vəzifələrindən istefa etməli olacaqdılar.
COVID-19 peyvəndi alımında korrupsiya şübhələri
Avropa Parlamentindəki etimadsızlıq səsverməsi təklifi, Avropa şübhəçisi rumıniyalı parlamentari Qeorqe Piperea təşəbbüsü ilə 72 parlamentarinin imzası ilə irəli sürülmüşdü. Avropa Parlamenti üzvlərinin dəstəyini alaraq vəzifəyə gəldiyi cəmi bir il keçməmiş irəli sürülən etimadsızlıq təklifi, AB Komissiyası sədri Ursula von der Leyenin 2021-ci ildə COVID-19 peyvəndi alışı prosesində Amerika dərman şirkəti Pfizerin CEO-su Albert Bourla ilə mesajlaşması və parlamentdən gələn tələblərə baxmayaraq mesajların məzmununu açıqlamaqdan imtina etməsi səbəbindən verilmişdi. Avropa Komissiyası, 2021-ci ildə Avropa Birliyi adından milyardlarla avro dəyərində peyvənd alışı prosesində baş verən bu mesajlaşmanın AB-nin şəffaflıq qanunlarını pozmadığını bildirmişdi.
Bununla belə, AB Ümumi Məhkəməsi, qalmaqaldan dörd il sonra, bu ilin may ayında AB Komissiyası sədri Ursula von der Leyenin əleyhinə qərar qəbul edərək, AB Komissiyasının səhv olduğunu və mesajların dərc edilməli olduğunu təsdiqləmişdi.
"Pfizerqeyt" qalmaqalında müdafiə
AB Ümumi Məhkəməsinin qərarından sonra artan reaksiyalar və irəli sürülən etimadsızlıq səsverməsi təklifindən sonra Ursula von der Leyen bazar ertəsi Avropa Parlamentindəki çıxışında "Pfizerqeyt" olaraq bilinən qalmaqal mövzusunda özünü müdafiə etmişdi. Von der Leyen, "Bizi böhrandan çıxaracaq peyvəndləri istehsal edən şirkətlərin yüksək səviyyəli nümayəndələri ilə əlaqədə olduğum bir sirr deyil. Eyni şəkildə dünyanın ən yaxşı epidemioloqları və viroloqlarından da məsləhət almışam" demişdi.
Von der Leyen, çıxışında əleyhindəki etimadsızlıq təklifinin arxasında Kreml olduğunu irəli sürərək, təklifin AB düşmənləri və Rusiya tərəfindən dəstəkləndiyini iddia etmişdi.
Orban Von der Leyen’in istefasına çağırmışdı
AB Komissiyası sədri Ursula von der Leyenə qarşı siyasi bloka qatılan liderlər arasında Brüssel rəhbərliyinə qarşı sərt tənqidləri ilə tanınan Macarıstanın Baş naziri Viktor Orban da yer almışdı. Orban dünən sosial mediada yayımladığı bir mesajda Ursula von der Leyenin getmə vaxtının gəldiyini bildirmişdi.
Macarıstanın Baş naziri Viktor Orbanın Siyasi Direktoru Balazs Orban da eyni mesajla birlikdə, "Onun rəhbərliyi altında AB, iqtisadi cəhətdən özünü sabotaj etməyə və qurumların səlahiyyətlərini aşmasına, həmçinin geosiyasi laqeydliyə sürükləndi. Onun fəaliyyəti özünü açıq şəkildə göstərir. Ukraynanı AB vətəndaşlarının önünə qoydu. Diplomatiyanı deyil, müharibənin gərginləşməsini seçdi. Hüququn aliliyini siyasi silaha çevirdi. AB dəyərlərini həddindən artıq liberalizmlə eyniləşdirdi" ifadəsini işlətmişdi.
"Fermerləri kənarda qoydu"
Orban əlavə etmişdi: "Yaşıl saziş, yüksək qiymətlər, çökən kənd təsərrüfatı, sənayesizləşmə, fermerləri kənarda qoydu, sənayeləri boşaldıb, qitə daxilində enerji xərclərini artırdı. Suverenlik əvəzinə miqrasiya kvotasını müdafiə etdi. Gizli peyvənd müqavilələri bağladı və hətta, əri biotexnologiyadan qazanc əldə etdi. AB-ni geosiyasi olaraq tək qoydu, Rusiyadan uzaqlaşdırdı, Çinlə ticarət müharibəsinə kilidlədi və hətta Vaşinqtondakı müttəfiqləri ilə də ziddiyyətə düşdü. Bu, liderlik deyil, Avropanın real ehtiyaclarından kopmuş ideoloji nəzarətdir. Von der Leyen artıq Avropanı təmsil etmir. İndi dəyişiklik vaxtıdır. İndi getmək vaxtıdır."
Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz