Yasin Özcan karyerasını Belçikada davam etdirəcək
Ötən mövsümün ortasında İngiltərə Premyer Liqası təmsilçilərindən Aston Villa ilə müqavilə imzalayan və yeni mövsüm öncəsi bu komandaya qoşulan 19 yaşlı Türkiyə milli komandasının üzvü Yasin Özcan icarə əsasında Anderlextə transfer olunub.
Anderlextdən rəsmi açıqlama
Belçika təmsilçisi bu transferi rəsmən açıqlayıb. Klubun yaydığı məlumatda bu sözlər qeyd olunub: “Xoş gəldin, Yasin. Gənc türk müdafiəçi Yasin Özcan Aston Villa klubundan icarə əsasında Anderlextə transfer olundu”.
Anderlext klubunun sosial media hesabında bu transferlə bağlı video da yayımlanıb.
Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz