İdman 06.08.2025

Yunus Akgünün maaşı artırıldı

Yunus Akgünün maaşı artırıldı

Yunus Akgün "Qalatasaray"da qalmağa razı oldu

"Qalatasaray" Yunus Akgün ilə yeni müqavilə imzalayıb. Klub rəhbərliyi 7 aydır davam edən danışıqlar nəticəsində futbolçu ilə razılığa gəlib.

Super Liqada və Çempionlar Liqasında iddialı çıxış etmək istəyən "Qalatasaray" öz yetirməsi olan Yunus Akgün ilə 4 illik müqavilə imzalayıb. Əvvəllər maaşını türk lirəsi ilə alan və meneceri vasitəsilə müqaviləsini avro ilə rəsmiləşdirmək istəyən Yunus Akgün məqsədinə nail olub.

Yunus Akgünün maaşı necə dəyişdi?

Ocaq ayından bəri davam edən müzakirələr nəticəsində "Qalatasaray" Yunus Akgün ilə yeni müqavilə şərtləri üzrə anlaşıb.

Türkiyə millisinin oyunçusunun illik 17.2 milyon türk lirəsi olan maaşı 118 milyon türk lirəsinə yüksəldilib. Müqaviləsini uzadan Yunus Akgünün yeni müqaviləsindəki 11 milyon avroya olan sərbəst qalma maddəsi də ləğv edilib.

Yunus Akgünün avro ilə maaşı təxminən 2.5 milyon avro olacaq. Valyuta məzənnəsində gözlənilməz artım baş verərsə, bu məsələdə Yunus Akgünə dəstək göstəriləcək.

"Qalatasaray" Yunus Akgün ilə müqavilənin yeniləndiyini açıqlayıb. Klubdan verilən açıqlamada "Peşəkar futbolçumuz Yunus Akgünün müqaviləsi 2028-2029 mövsümünün sonuna qədər uzadılıb" deyilir.

24 saat

Oxucu Şərhləri

Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

Şərh Yaz