Zelenski Vaşinqton Zirvəsində Mühüm Açıqlamalar Verib: "ABŞ-ın Hazır Olması Çox Vacibdir"
Ukrayna Prezidenti
Zelenski ABŞ prezidenti Donald Trampın və Avropa İttifaqı (Aİ) liderlərinin iştirakı ilə Ağ Evdə keçirilən görüşdən əvvəl mətbuata bəyanat verib.
Ukrayna dövlət başçısı bildirib ki, "ABŞ-ın bu qədər güclü siqnal verməsi və təhlükəsizlik zəmanətlərinə hazır olması böyük əhəmiyyət kəsb edir".
O, ABŞ prezidenti Donald Tramp ilə ikitərəfli görüşünü "çox yaxşı və konstruktiv" adlandırıb, qeyd edib ki, görüşdə "olduqca həssas mövzular" müzakirə edilib.
Zelenski Rusiya ilə davam edən müharibənin sona çatması üçün təhlükəsizlik zəmanətləri ilə yanaşı, "tam əsir mübadiləsinin" də zəruri olduğunu vurğulayıb.
Böyük Həmrəylik Məsajı
ABŞ və Avropa ölkələrinin liderləri ilə baş tutan görüşü "güclü həmrəylik" kimi qiymətləndirən
Zelenski bu görüşdə iştirak etməkdən məmnunluğunu ifadə edib.
Vaşinqton zirvəsində gələcək addımlara toxunan Ukrayna lideri deyib: "(Ağ Evdəki görüşdə) Ümid edirəm ki, qərarlar qəbul edərik və sonra çox vacib olan, regional və buna bənzər bütün həssas mövzuları üçtərəfli görüşdə liderlər (ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putin ilə) səviyyəsində müzakirə edərik."
Görüşlərdə ən həssas məsələ qəbul edilən mümkün ərazi güzəştlərinə dair dəyərləndirmə aparan
Zelenski bu mövzunun Rusiya prezidenti Vladimir Putin ilə keçiriləcək mümkün bir görüşdə həll oluna biləcəyinə işarə edib.
Xəritə Təşəkkürü
ABŞ prezidenti Donald Tramp və
Zelenskinin yan-yana oturduğu masanın qarşısında böyük bir Ukrayna xəritəsinin nümayiş etdirilməsi diqqət çəkib. Xəritədə çəhrayı rənglə kölgələndirilən Ukraynanın şərq hissəsi, Rusiya hərbi qüvvələrinin hazırda nəzarət etdiyi əraziləri göstərir.
Sözügedən xəritə ilə bağlı dəyərləndirmə aparan
Zelenski bildirib: "Prezidentə (ABŞ prezidenti Donald Trampa) müharibə meydanının xəritədəki bir çox detallarını göstərdim. Xəritə üçün təşəkkür edirəm, əla idi."
Vaşinqton zirvəsinə
NATO Baş katibi Mark Rutte, Avropa İttifaqı Komissiyasının sədri Ursula fon der Leyen, Fransa Prezidenti Emmanuel Makron, Böyük Britaniyanın Baş naziri Kir Starmer, Finlandiya Prezidenti Aleksandr Stub, İtaliyanın Baş naziri Corcia Meloni, Almaniya Kansleri Fridrix Mers də qatılıblar.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp 15 avqustda Alyaska ştatında Rusiya prezidenti Vladimir Putin ilə görüş keçirmiş, lakin yekun razılığın əldə olunmadığını elan etmişdi.
24 saat
Oxucu Şərhləri
Şərh Yaz