“10 min manat vermədim — obyektimi əlimdən aldılar, məni döydülər!”

Sahibkar “24 saat”a danışır: Lənkəranda yaşanan təzyiqlər, saxta borclar, məhkəmə oyunları, siyasi motivlər və polisin sərt müdaxiləsi

Lənkəranda illərlə fəaliyyət göstərən, atasından miras qalan biznesi qorumağa çalışan sahibkar Nəzərova Aynur son aylarda ard-arda təzyiqlərlə üzləşib. Sadəcə iqtisadi basqı ilə kifayətlənməyən proseslər getdikcə siyasi çalarlar da qazanıb. Onun sözlərinə görə, bütün yaşananların arxasında təkcə borc iddiası və ya vergi yoxlaması deyil, həm də siyasi mənsubiyyəti dayanır.

Aynur Nəzərova təsadüfi bir sahibkar deyil — ailəsinin qurduğu müəssisəni illərdir inkişaf etdirib, yerli iqtisadiyyata töhfə verib. Atası vaxtilə deputatlığa namizəd olmuş, özü isə uzun müddətdir Müsavat partiyasının üzvüdür. Elə buna görə də o, başına gələnləri sadəcə şəxsi işgüzar problem kimi yox, “yuxarıların” siyasi mövqeyinə görə ona verilən cəza kimi qiymətləndirir.

Sahibkarın dediyinə görə, 2023-cü ilin sonlarından başlayaraq ardıcıl olaraq polis basqısı, saxta vergi borcu, məhkəmə qərarları, obyektin möhürlənməsi və nəhayət fiziki zorakılıqla üz-üzə qalıb. Bu hadisələr isə təkcə bir sahibkarın yox, bütövlükdə ölkədəki sahibkarlıq mühitinin nə qədər həssas və riskli durumda olduğunu göstərir.

Nəzərova Aynur “24 saat”a geniş müsahibəsində bütün bu mərhələləri — qəfil yoxlamadan obyektinin hərraca çıxarılmasına qədər yaşananları, şəxsi ağrılı təcrübəsini və səbəb kimi gördüyü siyasi motivləri danışdı.

Başlanğıc — qəfil yoxlama

24 saat”: İlk hadisələr necə başladı?
— 2023-cü ilin noyabrında, bir gün qəfil ofisimin qapısı döyüldü. İçəri bir neçə polis əməkdaşı daxil oldu. Guya yoxlama aparırdılar, amma davranışlarından hiss olunurdu ki, məqsəd başqa şeydir. Onlar bütün sənədlərimi diqqətlə gözdən keçirdilər. Vergilərim ödənmişdi, hər şey qanun çərçivəsində idi.

Amma yoxlamanın sonunda açıq şəkildə məndən pul istədilər. Dedilər: “Ayda 10 min manat ödəməlisən. Bu, yuxarıların göstərişidir.” Mən isə qəti etiraz etdim: “Bu məbləği ödəməyə nə maddi gücüm var, nə də qanuni əsas.”

Uydurma borc — 352 min manatlıq saxta rəqəmlər

24 saat”: Bundan sonra nə baş verdi?
— Çox çəkmədi ki, 4 dekabr 2023-cü ildə Dövlət Vergi Xidmətindən məktub gəldi. Məktubda guya mənim 352 min 150 manat vergi borcum olduğu yazılmışdı. Bu rəqəmlərin heç bir əsası yox idi. Mən dərhal anladım ki, bu, pul tələbini rədd etdiyim üçün başqa üsulla məni sıxışdırmaq cəhdidir.

Məni üç dəfə məhkəməyə çağırdılar. Təəssüf ki , məhkəmə onların lehinə oldu . Mənim təqdim etdiyim sənədlər, borcun əsassız olduğunu sübut edən faktlar nəzərə alınmadı.

Nəticədə Lənkərandakı obyektim satışa çıxarıldı. Bu obyekt illər əvvəl atamın zəhməti ilə qurulmuş, mənim də çalışmalarımla böyümüşdü. Ailəmizin dolanışıq mənbəyi birdən-birə əlimdən alındı.

Məsələnin kökündə isə açıq-aşkar siyasi səbəblər dayanır. Mən Müsavat partiyasının üzvüyəm, atam isə eyni partiyanın öncülərindən olub və vaxtilə deputatlığa namizəd olmuşdu. Yuxarıların məqsədi məhz siyasi mənsubiyyətimə görə mənə cəza vermək idi.

Martın 6-sı — möhürlənən qapı

24 saat”: Martın 6-da baş verənləri necə xatırlayırsınız?
— 2024-cü il, martın 6-sı. Səhər saat 09:30 radələri idi. İşçilərim iş başında idi, mən də müəssisəmdə idim. Birdən məhkəmə icraçıları gəldi. Əllərində sənədlər vardı və gözümün qarşısında obyektimin qapısına möhür vuruldu.

Mən dərhal etiraz etdim, dedim ki, apellyasiya şikayəti vermişəm, iş hələ bitməyib. Cavabları isə qısa oldu: “Sistemdə belə sənəd yoxdur.” Sonradan məlum oldu ki, müraciətim qəsdən itib. Bu, mənim hüquqi müdafiə yolumu da əlimdən almaq demək idi.

O anda başa düşdüm ki, bu sadəcə iqtisadi təzyiq deyil, siyasi sifarişdir. Məqsəd — obyektimi zorla ələ keçirmək.

Polisin gücü — sahibkara qarşı zorakılıq

24 saat”: Həmin gün fiziki zorakılıq da olub. Nə baş verdi?
— Mən obyektimi tərk etməkdən imtina etdim. Dedim ki, bu iş yerində atamın zəhməti var, mənim də illərimin əməyidir. Onu asanlıqla təhvil verməyəcəyəm.

İcraçılar polis çağırdılar. Bir neçə dəqiqə sonra polis əməkdaşları gəldi. Onların məqsədi məni sakitləşdirmək deyildi — açıq şəkildə güc tətbiq etmək idi.

Məni qollarımdan tutub zorla çölə çıxarmağa başladılar. Qışqıraraq “Haqqımı tapdalayırsınız!” dedim, amma eşidən olmadı. İki nəfər qolumdan, biri isə kürəyimdən itələyərək məni sürüyə-sürüyə küçəyə çıxardılar. İnsanların gözü qarşısında döyüldüm, təhqir olundum.

Hətta həyat yoldaşım bu xəbəri eşidəndə hönkür-hönkür ağlayaraq zəng etdi, yalvardı ki, “Bakıya qayıt, davam etmə.” Amma mən geri çəkilmədim. Çünki bu təkcə şəxsi mübarizə deyil, həm də ədalət uğrunda savaşdır.

“Susmaq haqsızlığa şərik olmaqdır”

24 saat”: Oxucularımıza sonda nə demək istərdiniz?
— Mənim əsas məqsədim ədalətin bərpa olunmasıdır. Mənim siyasi baxışlarım və atamın keçmiş fəaliyyəti heç vaxt bu cür cəza vasitəsinə çevrilməməlidir.

Sahibkarlar olaraq susduqca, bu basqılar sistem halına gələcək. Haqsızlıq qarşısında susmaq, ona şərik olmaq deməkdir. Mən sonadək mübarizə aparacağam və lazım gələrsə, bütün faktları ictimaiyyətlə paylaşacağam.

 

Oxunma sayı:

24 saat

 

Comments

7 responses to ““10 min manat vermədim — obyektimi əlimdən aldılar, məni döydülər!””

  1. Məryəm Turalova Avatar
    Məryəm Turalova

    Aynur xanım, inanmıram ki, bu 10 min manat məsələsi sadəcə pul müqabilində bir obyektin “əldən çıxması” olsun. Belə çıxır ki, bizim pullarımız o qədər dəyərlidir ki, heç bir fiziki güc onları geri qaytara bilmir, amma elə güc də var ki, onlarla obyektləri “alır”! Əslində bu vəziyyətin yumoristik tərfəi də var: 10 min manat verilmir, amma obyekt verilir, üstəlik döyülürsən! Sanki bizim manatın elə bir sehrli qüvvəsi var ki, özü-özlüyündə bir obyektə çevrilir, ya da belə demək olarsa, “manata çevrilir”. Nəzərovlar ailəsini bu “manat ovçularından” qorumaq üçün əlimizdən gələni etməliyik! Bəlkə də Aynur xanım bir gün “10 min manatımı qaytarın, yoxsa mən də sizi manata çevirərəm” desə, heç təəccüblənmərəm.

  2. Pərviz Ramizov Avatar
    Pərviz Ramizov

    Aynur xanım, bu məsələ o qədər də gülməli deyil, amma “10 min manat” söhbəti bir az əyləncəli gələ bilər. Əgər mən sizin yerinizdə olsaydım, o 10 min manatı elə qəribə bir şeyə xərcləyərdim ki, bu gün olanlardan daha pis olardı, amma ən azından maraqlı olardı! Misal üçün, əjdaha şeklinde bir dəbilqə ala bilərdiniz. Hər halda, obyektinizin əlindən alınmasına və döyülməyinizə təəssüf edirəm, amma bilərsiniz ki, pula elə də bağlanmaq lazım deyil, çünki ən azı sizin gülüşünüzü heç kim əlindən ala bilməz!

  3. Tural Cəfərov Avatar
    Tural Cəfərov

    Bu hadisənin 10 min manat məbləğində olan bir pulun tələbi nəticəsində belə ağır nəticələrə gətirib çıxarması təəssüf doğurur. Aynur Nəzərovanın əlində olan obyektin ondan alınması və zorakılığa məruz qalması, hüquqi müstəvidə ciddi şəkildə araşdırılmalıdır. Belə bir məbləğin tələb edilməsi və bunun üçün fiziki gücə əl atılması, ədalət prinsipinə ziddir. Bu məsələnin hüquqi yollarla həll edilməsi və responsible şəxslərin cəzalandırılması tələb olunur.

  4. Nərgiz Ramizova Avatar
    Nərgiz Ramizova

    Bəs mənə deyin, 10 min manat deyəndə ağıza necə dad gəlir, elə deyilmi? Elə bil hamının ciblində qəpik-quruşdur ki, istəyən kimi götürüb gedəcək. Aynur xanım, sizi lap yaxşı başa düşürəm. Əgər mən də sizin yerinizdə olsaydım, inanım ki, “10 min manatım yoxdur, amma qolum var, aparın məni!” deyərdim. Belə adamlara pul deyil, lap qızıl da versən, yenə də bir bəhanə tapıb “bu əskikdir” deyəcəklər. Əsas odur ki, özünüzü sınmamış saxlayın, obyekt məsələsinə isə, düşünürəm ki, artıq bu saat 10 min manata dəyər-dəyməz bir obyekt qalıb ortada. Ən azından bu hadisədən sonra heç olmasa, necə deyərlər, “nəyə görə döyülmədiyinizi” bilmiş olarsınız. Ümid edirəm ki, sizin bu “qanunsuzluq” macəranız tezliklə öz xoşbəxt sonluğuna çatacaq.

  5. Cavid Məmmədli Avatar
    Cavid Məmmədli

    Ayə, qızım Aynur, bu 10 min manatlıq “qara bazar” fəaliyyəti elə baş tutub ki, obyektini əlindən alıblar, üstəlik döyüblər? Elə bilirdim manatla ancaq adam bazarda banan alanda mübarizə aparar, amma sənəqlə baş verənlər hamımızı təəccübləndirdi. Sənə bu cür pislik eləyən adamların necə bir cürətə gəldiyini heç cürə başa düşmürəm. Ümid edirəm ki, bu hadisənin üstündən xətt çəkməyəcəksən və haqq-hesabını alacaqsan. Bu 10 min manat da elə-belə bir şey deyil, axı!

  6. Ramin Şahbazli Avatar
    Ramin Şahbazli

    Bu məqaləni oxuduqdan sonra təəssüflə dməliyəm ki, mən bu versiyaya tamamilə razı deyiləm. Əgər həqiqətən də qeyd olunan hadisələr 2024-cü ildə baş veribsə, o zaman 10 min manat məbləği ilə bağlı iddialar tamamilə əsasızdır. Bu gün 2025-ci ilin oktyabrıdır və o vaxtdan bəri manatın dəyəri və iqtisadi vəziyyət xeyli dəyişib. Əgər mənzil obyektinin itirilməsi və fiziki zorakılıq kimi ciddi iddialar varsa, bunun 10 min manatla əlaqələndirilməsi çox qəribədir. Aynur Nəzərovanın yaşadığı vəziyyətin daha dərin səbəbləri olmalıdır və bu məbləğ sadəcə bir bəhanə ola bilər. Hadisələrin bu cür qeyri-real şəkildə təqdim olunması, əslində, maraqlı deyil, hətta bəzən məsuliyyətdən yayınmağa xidmət edə bilər.

  7. Fərid Nurlu Avatar
    Fərid Nurlu

    Aynur Nəzərovanın başına gələnlər, bu gün, yəni 2025-ci ilin oktyabr ayında, 2024-cü ilin may ayında yayımlanan bu məqalədə təsvir olunan hadisələr fonunda daha da dərin bir narahatlıq doğurur. 10 min manatlıq məbləğin hər hansı bir obyektin zorla ələ keçirilməsi və zorakılıq üçün haqq qazandıra bilməyəcəyi aydındır. O vaxtdan bəri bu məbləğin kiçik, yoxsa böyük bir rəqəm olması müzakirə mövzusu ola bilərdi, lakin əsas məqam heç bir maddi dəyərin insan hüquqlarının və təhlükəsizliyinin pozulmasına səbəb ola bilməməsidir. Aynur Nəzərovanın yaşadığı təcrübə, şəffaflıq və hüquqi təminatların nə qədər vacib olduğunu bir daha göstərir. Bu hadisə, həmin vaxtda mövcud olan hüquqi və sosial çərçivədə hnası tədbirlərin görüldüyü və bu cür halların qarşısının alınması üçün nə kimi addımlar atıldığı suallarını doğurur.

Leave a Reply to Tural Cəfərov Cancel reply

Your email address will not be published. Required fields are marked *