Hakimiyyətdən tənqidçilərə stalinist basqı

Ruslan İzzətli “Toplum TV işi” üzrə ifadə verib: “Həbsim siyasi sifarişdir”

III Respublika Platformasının təsisçi heyətinin üzvü, siyasətçi Ruslan İzzətli sentyabrın 22-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Toplum TV işi” üzrə keçirilən məhkəmə iclasında ifadə verib. İzzətli öz həbsinin siyasi sifariş əsasında həyata keçirildiyini və hakimiyyətin uzun illərdir ona qarşı təzyiqləri davam etdirdiyini bildirib.

Məcburi hərbi xidmət və siyasi təzyiqlər

Ruslan İzzətli qeyd edib ki, ona qarşı ilk cəza sağlamlıq problemlərinə baxmayaraq, məcburi hərbi xidmətə cəlb edilməsi ilə başlayıb. O əlavə edib ki, bu, 2020-ci ildə keçirilən parlament seçkilərindəki fəaliyyəti ilə bağlı olub. Siyasətçi vurğulayıb ki, hakimiyyət onu hərbi xidmətə göndərməklə siyasətdən uzaqlaşdırmağa çalışıb və ordudan “cərimə batalyonu” kimi istifadə edib. Onun sözlərinə görə, saxta sənədlə sağlam göstərilərək hərbi xidmətə göndərilib, lakin xidmətin dördüncü ayında böyrəyindən əməliyyat olunub. İzzətli sovet dövründəki “Sibir düşərgələri” mövcud olsaydı, ora da sürgün ediləcəyinə əminliyini ifadə edib.

Ruslan İzzətli müasir Azərbaycan hakimiyyətinin öz siyasi sələflərinin yolu ilə getdiyini, Stalin NKVD-sinin respublikaçılara qarşı istifadə etdiyi metodlardan indi də istifadə olunduğunu vurğulayıb.

Seçki fəaliyyəti və cinayət işinin əsassızlığı

Siyasətçi 2020-ci il Parlament seçkilərində 33 saylı Xətai birinci seçki dairəsində aktiv iştirak etdiyini bildirib. O, seçki saxtakarlıqlarının ifşa edilməsində və dairənin nəticələrinin ləğvində fəal rol oynayıb ki, bu da hakimiyyətin qəzəbinə səbəb olub. İzzətli hakimiyyətin təkrar seçki keçirmək əvəzinə, məhz onu cəzalandırmağı hədəf seçdiyini dilə gətirib.

Çıxışına davam edən Ruslan İzzətli ittiham aktını bütövlükdə əsassız adlandırıb. İttiham aktında onun 2021-ci ilin ilk üç ayı ərzində sürücüsünə 1200 manat pul verdiyi iddia edilsə də, İzzətli həmin ilin iyul ayına qədər Xocavənd istiqamətində təmas xəttində hərbi xidmətdə olduğunu qeyd edib. Onun sözlərinə görə, evində tapılan 4800 avro məbləğində pulu da polis əməliyyatçıları tərəfindən qoyulub. İzzətli özünü müdafiə edərək bir sıra suallar səsləndirib: “Əgər evimə qoyulan pul mənim idisə, niyə həbs olunana qədər onu evdən çıxarmadım? Niyə banka olan ipoteka borcumu ödəmirdim? Niyə martın 8-ə qədər ölkəni tərk etmədim? Cinayətkar idimsə, niyə gizlənmədim, oturub həbsimi gözlədim? Cinayətkar idimsə, niyə Xətai rayon Polis İdarəsində saxlanılan dostlarımla maraqlanmaq üçün polis idarəsinin önünə getdim?”

Təqsirsizlik prezumpsiyasının pozulması və media üzərində təzyiqlər

Ruslan İzzətli haqqında məhkəmə qərarı olmadan hakimiyyət rəsmiləri və ona nəzarət edən media orqanlarının onu qaçaqmalçı ittihamı ilə ictimaiyyətə təqdim etməklə təqsirsizlik prezumpsiyasını pozduğunu bildirib. Siyasətçi bunu Stalin dövrü ilə müqayisə edib, Stalinin NKVD əməkdaşlarına məhbusları etiraf etməyincə onlardan əl çəkməməyi buyurduğunu xatırladıb və Azərbaycan hakimiyyətinin tənqidçilərinə qarşı da eyni metodu tətbiq etdiyini iddia edib.

Toplum TV işi” üzrə həbs edilən siyasətçi internet televiziyasına könüllü dəstək olduğunu, dostlarının çalışdığı bu müstəqil, tərəfsiz medianın daha çox izləyiciyə çatması üçün bilik və bacarıqlarını könüllü gənclərlə bölüşdüyünü bildirib. Toplum TV, FaktYoxla və Demokratik Təşəbbüslər İnstitutuna qarşı repressiyanı siyasi qərar adlandıran Ruslan İzzətli bu “qəddar münasibətin” III Respublika Platformasının yaranması ilə əlaqəli olduğunu söyləyib. O, hakimiyyətin tənqidçiləri və alternativləri ilə Stalinizm metodları ilə mübarizə apardığını qeyd edib.

Qorxu siyasəti və gənc nəsillə münasibət

Siyasi alternativlərdən və açıq tənqiddən çəkinən hakimiyyət xalqı qorxu altında saxlamaq üçün xəyali təhlükə mənbələri və düşmən obrazı yaradır. Bu yolla qorxu altında saxladığı xalqın sərvətlərini asanlıqla talayır. Ruslan İzzətli vurğulayıb ki, hakimiyyət gənc nəsildən və siyasətçilərdən qorxur, çünki gəncləri keçmişin olan və olmayan hadisələri ilə manipulyasiya edib aldada bilməyəcəyini anlayır. Buna görə də xalqla və onun təmsilçiləri ilə hüquq-mühafizə orqanlarının dili ilə danışır.

Ruslan İzzətli bu qorxunu hətta Qarabağ müharibəsindən sonra xalqın səsini ala bilməyən, buna görə də seçkini saxtalaşdıran hakimiyyətin isterikaları ilə əlaqələndirib. O bildirib ki, xalq müharibədən sonra belə seçkiyə getmədi, nəticədə yüzbaşılar, onbaşılar və inzibati resurslar seçkini saxtalaşdırdılar, məntəqələrin qarşısında süni görüntü yaratdılar, müstəqil media və jurnalistlər isə bu kampaniyanı ifşa etdilər.

Pol Pot rejimi ilə müqayisə və yekun çağırış

Azərbaycan hakimiyyətini Kamboca despotu Pol Potun rejimi ilə müqayisə edərək deyib: “Despot Pol Pot rejimi savadlı insanlardan o qədər qorxurdu ki, hətta gözdə eynəyin olması ölüm hökmünə səbəb olurdu. İndi də bizim “şanlı hakimiyyət” Qərb demokratiyasından o qədər çəkinir ki, əlində, evində dollar, avro olanları qaçaqmalçı kimi həbs edir.”

Ruslan İzzətli ifadəsini bu çağırışla tamamlayıb: “Hakimiyyətin repressiya siyasəti xalqda ümidsizlik, inamsızlıq yaratmasın. Unutmayın, repressiyalar xalqın müqavimət hissini boğmağa xidmət edir. Bu kin və nifrət siyasətinə birlikdə dur deməliyik. Bunun üçün prosesdə tamaşaçı yox, iştirakçı olmalısınız. Bizim və məmləkətin azadlığı sənin addımından asılıdır.”

24 saat

Comments

6 responses to “Hakimiyyətdən tənqidçilərə stalinist basqı”

  1. Tural Nurlu Avatar
    Tural Nurlu

    Məqaləni diqqətlə oxudum və Ruslan İzzətlidən eşidilənlər heç də təəccüblü deyil. Tarixdən də bilirik ki, müxalif fikirlərə qarşı hakimiyyətin sərt və qeyri-qanuni təzyiq metodları yeni deyil. Stalin repressiyaları ilə müqayisə olunan bu cür halların bu gün də yaşanması, ölkədə siyasi mühitin nə qədər gərgin olduğunu göstərir. İzzətlini məcburi hərbi xidmətə göndərmək və ya “cərimə batalyonu” kimi ordudan istifadə etmək cəhdi, hakimiyyətin öz tənqidçilərini necə susdurmağa çalışdığının açıq bir nümunəsidir. Sadəcə “siyasi sifariş” deməklə məsələ bitmir, bu cür hərəkətlər bir dövlətin hüquq sisteminin pozulmasıdır. Əsas məsələ budur ki, hakimiyyət hələ də tənqidçilərinə necə reaksiya verməli olduğunu anlamayıb.

  2. Aylin Ramizova Avatar
    Aylin Ramizova

    Bu necə maraqlı bir hekayədir! Görünür, hakimiyyət bəzən “müxalifətçiləri” sıradan çıxartmaq üçün qəribə yollar tapır. Hərbi xidmətə göndərmək, üstəlik də sağlamlıq problemləri olan bir adamı, lap “cərimə batalyonu” kimi, əsl komediya materialıdır. Ancaq hər bir zarafatın bir acı həqiqəti var. Stalin dövrü ilə müqayisə də çox düşündürücüdür. Ümid edək ki, gələcək “sibir düşərgələri” yalnız İzzətlının təxəyyülündə qalacaq.

  3. Arif Turalov Avatar
    Arif Turalov

    Ruslan İzzətlidən gələn ifadə, hakimiyyətin tənqidçilərinə qarşı istifadə etdiyi metodların keçmişdə qalan Stalinizmə nə qədər bənzədiyini dəhşətlə ortaya qoyur. Sağlamlıq problemlərinə baxmayaraq məcburi hərbi xidmətə göndərilmə və ordunun “cərimə batalyonu” kimi istifadə edilməsi, təzyiq mexanizmlərinin nə qədər qəddarlaşdığını göstərir. 2020-ci il seçkilərindəki fəaliyyəti səbəbindən siyasi fəaliyyətdən uzaqlaşdırma cəhdi və bu gün “Toplum TV işi”ndə qarşılaşdığı ittihamlar, hakimiyyətin narazılıqları necə boğmağa çalışdığının bariz nümunəsidir. İzzətlidən gələn bu açıqlamalar, tənqidçilərə qarşı qanun çərçivəsindən kənara çıxan bir yanaşmanın mövcud olduğunu düşündürür.

  4. Zöhrə Məmmədli Avatar
    Zöhrə Məmmədli

    Bu məqaləni oxuduqdan sonra hakimiyyətin tənqidçilərə qarşı olan münasibəti ilə bağlı düşüncələrim dərinləşdi. Ruslan İzzətlini dinləmək, onun gördüyü təzyiqləri anlamaq çox vacibdir. Bu cür hadisələr, cəmiyyətin vicdanı rolunu oynayanların səsinin boğulmağa çalışıldığını göstərir. Ümid edirəm ki, bu cür haqsızlıqlar tezliklə sona çatacaq və hər kəs sərbəst şəkildə fikrini ifadə edə biləcək.

  5. Arif Şahbazli Avatar
    Arif Şahbazli

    Ruslan İzzətlinin ifadəsini dinləyərkən, hakimiyyətin tənqidçilərə qarşı tətbiq etdiyi üsulların zaman keçdikcə necə dəyişmədiyini düşünmək çətin deyil. Stalin dövrünün “sürgün düşərgələri” yerini müasir “siyasi sifariş” kimi qələmə verilən məhkəmə proseslərinə buraxıb sanki. Amma sual yaranır: Bu “siyasi sifariş”lərin kökündə yatan əsl məqsəd nədir? Sadəcə bir adamı susdurmaqmı, yoxsa ümumilikdə cəmiyyətdə fikir azadlığına qarşı daha geniş bir mübarizə aparmaqmı? İzzətlidən fərqli olaraq, digər tənqidçilər də analoji təzyiqlərlə üzləşirmi? Bu məsələlər daha dərin təhlil tələb edir.

  6. Pərviz Əhmədli Avatar
    Pərviz Əhmədli

    Məqalə Ruslan İzzətlidən bəhs edir və onun “Toplum TV işi” çərçivəsində ifadə verdiyini, həbsinin siyasi sifariş olduğunu iddia etdiyini göstərir. İzzətlinin fikrincə, hakimiyyət tərəfindən ona qarşı illərdir təzyiqlər davam edir. Bu təzyiqlərə sağlamlıq problemlərinə baxmayaraq məcburi hərbi xidmətə cəlb olunması, 2020-ci il parlament seçkilərindəki fəaliyyətinə görə cəzalandırılması, hətta saxta sənədlərlə hərbi xidmətə göndərilməsi kimi hallar daxildir. O, müasir hakimiyyətin Stalin dövrünün üsullarını tətbiq etdiyini düşünür. İzzətli özünə qarşı irəli sürülən ittihamları da əsassız hesab edir.

Leave a Reply to Tural Nurlu Cancel reply

Your email address will not be published. Required fields are marked *