Maraqlı 04.12.2025

Alman universitetinə türk rektor

Alman universitetinə türk rektor

Almaniyanın öndə gedən universitetinə yeni rektor

Almaniyanın öndə gedən texniki universitetlərindən biri olan Berlin Texniki Universitetinin (TU Berlin) rektoru vəzifəsinə Prof. Dr. Fatma Dəniz təyin olunub. O, 1 aprel 2026-cı ildən etibarən dörd illik müddətə bu vəzifəni icra edəcək. Hazırda sözügedən universitetdə rektor müavini kimi fəaliyyət göstərən professor, seçkilərdə rəqiblərini geridə qoyaraq bu mühüm postu əldə edib.

Gərgin Seçki Prosesi və Sələfin İstehfa Çağırışları

Rektorluq seçkilərində beş namizəd iştirak etmişdi. İki turdan ibarət olan prosesin ilk mərhələsindən sonra üç namizəd yarışdan çəkilmiş, son turda hazırkı rektor Geraldine Rauch və Fatma Dəniz mübarizəni davam etdirmişlər. Bugünkü səsvermədə Rauch 18 səs topladığı halda, Fatma Dəniz universitet senatının üçdə ikidən çoxunun dəstəyini alaraq 42 səslə qalib gəlib.

Qeyd edək ki, Rauch 2024-cü ilin may ayında X sosial media platformasında bəyəndiyi bir paylaşım səbəbindən "antisemit hərəkətlərdə" ittiham olunmuşdu. Mübahisəli foto Türkiyədə Fələstin tərəfdarı bir nümayiş zamanı çəkilmişdi və İsrail Baş Naziri Binyamin Netanyahu nasist simvolu olan svastika ilə təsvir edilmişdi. Bu hadisədən sonra Almaniya siyasətçiləri və İsrail ictimaiyyəti Rauch-u istefaya çağırmış, o isə bəyəninin səhv olduğunu və şəkildəki elementlərə diqqət etmədiyini bildirərək üzr istəmişdi.

Fatma Dəniz kimdir?

Universitetin internet səhifəsində yer alan məlumata görə, müstəqbil rektor Prof. Dr. Fatma Deniz Bursa Qız Liseyinin məzunudur. Ali təhsilini Almaniyanın Münhen şəhərində kompüter elmləri sahəsində tamamlamış, daha sonra ABŞ-ın Berkeley Universitetində də fəaliyyət göstərdikdən sonra karyerasına Berlin Texniki Universitetində başlamışdır. Süni intellekt üzrə elmi işlər aparan Prof. Dr. Deniz, indiyədək həmin ali təhsil müəssisəsində rəqəmsallaşma və dayanıqlılıqdan məsul rektor müavini kimi çalışırdı.

24 saat

Oxucu Şərhləri

Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

Şərh Yaz