İdman 10.11.2025

Alperen yenə coşdu, Houston qalib gəldi

Alperen yenə coşdu, Houston qalib gəldi
NBA-də Alperen Şəngünün möhtəşəm oyunu "Rokets"ə qələbə gətirdi

Alperen Şəngün "double-double" etdi, "Rokets" "Baks"ı məğlub etdi

NBA-də "Houston Rokets" səfərdə "Milwaukee Baks"ı 122-115 hesabı ilə məğlub edib. Milli basketbolçu Alperen Şəngün bu oyunda "double-double" edərək komandasına böyük töhfə verib. "Fiserv Forum"da baş tutan qarşılaşmada 39 dəqiqə meydanda olan Alperen Şəngün 23 xal, 11 ribaund və 7 assistlə yadda qalıb.

Qonaq komanda "Rokets"də Kevin Durant 31 xal, 3 ribaund və 7 assistlə ən məhsuldar oyunçu olub. Reed Sheppard və Jabari Smith Jr. isə qələbəyə 16 xal töhfə veriblər. Ev sahibi "Baks"da Yannis Antetokounmpo 37 xal, 8 ribaund və 3 assistlə fərqlənib. Ryan Rollins 19 xal, 5 assist, Myles Turner 13 xal, Cole Anthony isə 12 xal qazandırıb.

"Thunder" səfərdə qalib gəldi

Mövsümə uğurlu başlayan son çempion "Oklahoma Siti Thunder" səfərdə "Memfis Qrizzlis"i 114-100 hesabı ilə məğlub edərək 10-cu qələbəsini qazanıb. "Thunder"də Şai Gilgeous-Alexander 35 xal, 7 ribaund və 6 assistlə komandasını irəli aparıb. Ajah Mitchell 21 xal, Isaiah Hartenstein isə 18 xal və 13 ribaundla fərqlənib. "Qrizzlis"də isə Jaren Jackson Jr. 17 xal, 7 ribaund, Cedric Coward 13 xal və 10 ribaundla oyunu başa vurub.

24 saat

Oxucu Şərhləri

Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

Şərh Yaz