İdman 27.11.2025

Alperenin 16 sayı atması Rockets'ə Warriors üzərində qələbə qazandırdı

Alperenin 16 sayı atması Rockets'ə Warriors üzərində qələbə qazandırdı

Emirates NBA Kuboku: Rokets "Voriors"u məğlub etdi

Emirates NBA Kuboku çərçivəsində "Hyuston Rokets" səfərdə "Qolden Steyt Voriors" komandasını 104-100 hesabı ilə məğlub edib.

"Çejs Center"də keçirilən oyunda milli basketbolçu Alperen Şəngün 35 dəqiqə ərzində 16 xal, 6 ribaund, 6 asist və 1 top qazanaraq qələbəyə töhfə verib. Rid Şepard isə 31 xalla karyera rekordunu yeniləyib.

"Voriors"da Cimmi Batler 21 xal qazanıb. Uill Riçard 18, Stiven Karri və Brendin Podziemski isə 14 xal toplayıblar.

Seltiksə Pistons əngəli

"Boston Seltiks" öz meydanında "Detroyt Pistons"u 117-114 hesabı ilə məğlub edərək rəqibinin 13 oyunluq qələbə seriyasına son qoyub.

Ev sahibi komandada Ceylen Braun 33 xal və 10 ribaundla fərqlənib. Derrik Uayt isə 27 xalının 11-ni son 5 dəqiqədə ataraq qələbəni təmin edib.

Qonaq komandada Keyd Kanningemin 42 xallıq performansı məğlubiyyətin qarşısını ala bilməyib.

Tander dayanmaq bilmir

Xəstə olmasına baxmayaraq Şey Gilgeous-Aleksandrın 40 xal topladığı matçda "Oklahoma Siti Tander" öz meydanında "Minnesota Timbervulvz"u 113-105 hesabı ilə məğlub edərək qələbə seriyasını 10 oyuna çatdırıb.

"Tander"də İsaiah Hartenştein 15, Ajay Mitçell isə 13 xal qazanıb.

37 sərbəst atışdan 22-sini sayıya çevirən "Timbervulvz"da isə Entoni Edvards 31 xal və 8 ribaundla ən çox xal qazanan oyunçu olub.

24 saat

Oxucu Şərhləri

Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

Şərh Yaz