İdman 12.08.2025

Ayı loqosu 2-ci liqa klubunda qalmaqala səbəb oldu

Ayı loqosu 2-ci liqa klubunda qalmaqala səbəb oldu
Kastamonu Bələdiyyəsi tərəfindən Türkiyə Futbol Federasiyası 2-ci Liqa komandası olan GMG Kastamonuspora verilən yeni komanda avtobusundakı ayı loqosu mübahisələrə səbəb olub. Kastamonusporun gerbindəki ayı loqosu, şəhərdə kimlik və simvol müzakirələrini alovlandırıb.

"Mən də loqonu ayı etməyi düşünmüşdüm"

Kastamonusporun keçmiş prezidentlərindən biri olan İsmail Erşahin, son zamanlarda gündəmdə olan ayı loqosu müzakirələrinə münasibət bildirib. O, reaksiyaların əsassız olduğunu qeyd edərək, "Reaksiyanızı verməli olduğunuz yerlərə verin. Ayı logosunu kim düşünürsə, təbrik edirəm. Kastamonuspor prezidenti olduğum dövrdə mən də loqonu ayı etməyi düşünmüşdüm. Hətta o illərdə yaşlı, fanatik bir Kastamonusporlu əmi yanıma gəlib 'Başqanım, loqomuzu ayı edək, başqalarına verməyək' dediyində 'İnşallah' demişdim. Erkən ayrıldım, qismət olmadı. Qismət bu günəymiş" deyib.

Loqo hər hansı bir təşkilatın və ya məhsulun simvolunu ifadə edir.

"Ayı gücü və hakimiyyəti simvolizə edir"

Ayının təmsil etdiyi mənalara da toxunan Erşahin, "Ayı; gücün, qüdrətin, əzəmətin, cəsarətin, igidliyin, qərarlılığın simvoludur. Bir döyüşçünün böyük gücünü, hakimiyyətini, himayəsini, əzici qüvvəsini, sağlamlığını, bilgiliyini, əsas qalıcılığını, zənginliyini və torpaqlarını müdafiə edərkən göstərdiyi vəhşiliyi təmsil edir" ifadələrini işlədib.

Psixologiyada ayının; qarışıqlıqdan xoşlanmayan, öz qaydasına və şəxsi sahəsinə düşkün, planlı, güclü, iradəli və dünyanın ən təmiz heyvanı olaraq təyin olunduğunu vurğulayan Erşahin, "Meşəlik ərazidə ayı çıxa bilər, bu normaldır. Amma meşələri yandıranlara, təbiəti məhv edən iki ayaqlı 'ayı'lara diqqət etmək lazımdır" şəklində danışıb.

24 saat

Oxucu Şərhləri

Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

Şərh Yaz