Türk teatr və kinematoqrafiya sənətinin dəyərli simalarını şərəfləndirən və oyunçuluq sahəsindəki uğurlu
aktyorları təltif edən
Sadri Alışık Mükafatlarının bu il 26-cı təntənəli mərasimi keçiriləcək.
SİNEMA SAHƏSİNDƏ MÜKAFATLAR
Kinematoqrafiya sahəsində bu il Ayhan Işık Xüsusi Mükafatı istedadlı
aktyor Barış Arduça təqdim olunacaq. "Beraber" adlı filmdəki uğuru ilə Ekrem Bora İlin Ən Yaxşı Debüt Aktyoru Mükafatına gənc aktrisa Mina Demirtaş layiq görülüb, məşhur
rejissor Erden Kıral adına təqdim edilən Seçici Heyət Xüsusi Mükafatı isə "Büyük Kuşatma" filmi ilə Alp Öykenə çatacaq.
ESRA DERMANCIOĞLU NARAZILIĞINI BİLDİRDİ
"Fatmagül'ün Suçu Ne?" serialında canlandırdığı "Mukaddes yengə" rolu ilə yaddaşlara həkk olunan aktrisa Esra Dermancıoğlu da mükafat alacaq adların açıqlanmasından sonra yayımladığı videoda narazılığını bildirib: "İndi
Sadri Alışık Mükafatlarına baxdım. Bu Türkiyədə niyə mən sənət və sənətçilər arasına daxil ola bilmirəm? Məni qəbul etmirlər. Görünür ki, performans olaraq həddindən artıq zəifəm. Yəni, mən belə görürəm, çünki illərdir teatrda və seriallarda rol alıram. Mənə, üzr istəyirəm, 'Hayalet Dayı' ilə mükafat vermişdilər. Burada bir səhv olmalıdı. 'Hayalet Dayı' ilə mən necə mükafat aldım? Qəribə, axmaq bir obrazla... Dostlar, alınmır. Türkiyədə sənətçilərin arasına daxil ola bilmirəm. Çox üzülürəm."
24 saat
Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz