Şou 20.08.2025

Baskül Ailəsi'nin Fidanı 59 kiloya düşdü Görənlər gözlərinə inanmadı

Baskül Ailəsi'nin Fidanı 59 kiloya düşdü Görənlər gözlərinə inanmadı

Tanınmış aktrisanın inanılmaz dəyişimi

Bir dönəmin sevilən seriallarından olan "Baskül Ailəsi"nin "Fidan" obrazı Gamze Gözalanın son görünüşü görənləri təəccübləndirir. Serialda evin artıq çəkili üzvü kimi tanınan aktrisa, uğurlu mədə əməliyyatından sonra böyük dəyişimə imza atıb.

Gözalan 160 kiloqramdan 59 kiloqrama enərək inanılmaz bir nəticəyə nail olub. Bu köklü transformasiya onun görünüşünü tamamilə dəyişib və pərəstişkarlarının diqqətini çəkib.

Aktrisanın peşəkar karyerası ilə bağlı qərarı

Hazırda 61 yaşı olan Gamze Gözalan daha əvvəl verdiyi açıqlamalarda şəxsi hissiyatlarını dilə gətirmişdi. O, "Nə qədər özümlə barışıq görünsəm də, heç vaxt barışmadım. Həmişə gözəl qadın olmaq istədim" sözləri ilə iç dünyasındakı mübarizəsini ifadə etmişdi.

Aktrisa mədə əməliyyatından sonra çəki itirməklə yanaşı, peşəkar karyerası ilə bağlı da qəti qərar verib. O, sənətdən tamamilə uzaqlaşdığını və sənaye ilə bağlı küskünlüyünü gizlətməyib. Gözalan "Çəkilərim həyatımdan 15 ili apardı. Aktrisalığı tamamilə buraxdım, çünki sektordan incimişəm" deyərək, bu qərarının səbəblərini açıqlamışdı.

24 saat

Oxucu Şərhləri

Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

Şərh Yaz