Berlində LGBTQ+ paradında faciə: Avtomobil insanların üzərinə sürüldü
Almaniyanın paytaxtı Berlində təşkil olunan LGBTQ+ paradı zamanı dəhşətli insident qeydə alınıb. Naməlum sürücü idarə etdiyi nəqliyyat vasitəsini insanların sıx toplaşdığı əraziyə sürüb.

Hadisə nəticəsində azı bir nəfərin dünyasını dəyişdiyi, çox sayda insanın isə müxtəlif dərəcəli bədən xəsarətləri aldığı bildirilir. İlkin məlumatlara əsasən, yaralılar təcili tibbi yardım briqadaları tərəfindən yaxınlıqdakı xəstəxanalara yerləşdirilib.
Faciədən dərhal sonra təşkilatçılar təhlükəsizlik tələblərini əsas gətirərək paradın keçirilməsini dayandırıblar və festival rəsmi qaydada ləğv edilib.
Polis qüvvələri hadisə yerinə cəlb olunub və genişmiqyaslı istintaq tədbirlərinə start verilib. Hazırda cinayəti törədən sürücünün tapılaraq saxlanılması istiqamətində şəhər ərazisində axtarışlar davam etdirilir.
Hüquq-mühafizə orqanları baş verənlərin terror aktı, yoxsa bədbəxt hadisə olması barədə hələlik rəsmi açıqlama verməyib. İstintaqın gedişatı ilə bağlı ictimaiyyətə əlavə məlumatların təqdim olunacağı gözlənilir.


Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz