UEFA Avropa Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin cavab oyununda Türkiyənin "Beşiktaş" klubu İrlandiyanın "St. Patrick's" komandasını qəbul edib.
"St. Patrick's"in sürətli oyunu və qolları
Qonaq komanda oyuna sürətli başladı və artıq 3-cü dəqiqədə penaltidən qol vuraraq hesabı açdı. "St. Patrick's" 34-cü dəqiqədə fərqi artıraraq hesabı 2-0-a çatdırdı.
Azarkeşlərin sərt reaksiyası
Bu qoldan sonra "Beşiktaş" azarkeşləri tribunlarda komandalarına sərt reaksiya göstərərək fit səsləri ilə etirazlarını bildirdilər.
Azarkeşlər, həmçinin "Məşqçi alsana, məşqçi alsana, Sərdar Adalı məşqçi alsana" şüarları səsləndirdilər. Qeyd edək ki, "Beşiktaş" səfərdə keçirilən ilk oyunu 4-1 hesabı ilə qazanmışdı.
Komandanın cavab qolu
Oyunun 43-cü dəqiqəsində "Beşiktaş"dan Dəmir Ege Tıknaz fərqlənməyi bacardı. Qoldan sonra komanda azarkeşlər tərəfindən alqışlarla qarşılandı.
Fasilədə yenidən etiraz
İlk hissənin bitməsi ilə "Beşiktaş" azarkeşləri komandalarına yenidən etirazlarını yüksək səslə fit çalmaqla ifadə etdilər.
Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz