İdman 29.07.2025

Beşiktaş rəqəmsal zorbalığa qarşı hüquqi addımlar atacaq

Beşiktaş rəqəmsal zorbalığa qarşı hüquqi addımlar atacaq
Beşiktaş rəhbərliyindən sosial media təhdidlərinə sərt reaksiya

Beşiktaş İdman Klubu başqanı Sərdal Adalı son zamanlar sosial media üzərindən futbolçularına edilən təhqirlərlə bağlı hüquqi addımlar atacaqlarını bildirib.

"Futbolçularımızın və ailələrinin hüquqlarını qoruyacağıq"

Sərdal Adalı, "Həddini aşanlar təəssüf ki, işi futbolçularımıza, onların həyat yoldaşlarına və uşaqlarına ağızdan çıxmayacaq sözlər deməyə və yazmağa qədər gətiriblər. Buna son nümunə futbolçumuz Yurašekə və onun ailəsinə edilən rəqəmsal zorakılıqdır. Futbolçularımızın və ailələrinin hüquqlarını qorumaq üçün hər cür hüquqi təşəbbüs göstərəcəyimizi bildirmək istəyirəm" deyib.

"Heç kim Beşiktaş rəhbərliyinə ultimatum verə bilməz"

Beşiktaş rəhbərliyinə heç kimin "ültimatum" verə bilməyəcəyini vurğulayan Adalı bunları qeyd edib:

"Beşiktaş-ı idarə etmək məsuliyyəti səlahiyyət və ağılla daşınır. Son günlərdə ictimaiyyətdə yayılan bəzi açıqlamalar və sosial mediada aparılan son dərəcə çirkin qarayaxma kampaniyası ilə bağlı bir neçə məqama aydınlıq gətirmək istəyirəm. Nə Beşiktaş sədrinə, nə də rəhbərliyinə heç bir şəxs və ya qrup açıq və ya gizli şəkildə ultimatum verməyə cəhd edə bilməz. Bu cameədə hər kəsin söz deməyə haqqı ola bilər, lakin qərar qəbul etmək səlahiyyəti yalnız klubun mənafeyini qorumaqla vəzifəli olan sədr və rəhbərliyə aiddir. Heç kimin bu həddi aşmasına icazə vermərik. Klubun ünvanı məlumdur. İstəyən sosial mediadan mesaj vermək əvəzinə gəlib şəxsən fikirlərini bizimlə bölüşə bilər."

"Bu klubu sosial media deyil, ağıl, əmək və vizyon idarə edəcək"

Qara-ağ rəngli azarkeşlərdən mövcud prosesi səbirlə izləmələrini xahiş edən Adalı sözlərini belə tamamlayıb:

"Yeddi aydır vəzifədə olan rəhbərliyimiz son beş ildə edilən heyət planlaşdırma səhvləri başda olmaqla bir çox məsələ ilə məşğul olur və həll yönümlü mühüm addımlar atır. Sərmayə artırımı və ümumi yığıncağımızın təsdiqi ilə həyata keçirilən daşınmaz əmlak layihəsi başda olmaqla maliyyə sahəsindəki işlərimizlə yanaşı, bütün bölmələrimizin yenidən qurulması istiqamətində ciddi işlər gördük və görməyə davam edirik. Tənqid ola bilər, bu normaldır. Lakin dağıdıcı, məcburedici və təhdidedici davranışlar Beşiktaş mədəniyyəti ilə heç vaxt uyğunlaşmır. Əsl Beşiktaş azarkeşi hər zaman klubuna sahib çıxar. Sözlərim Beşiktaş-a zərər vermək məqsədilə bu işləri planlaşdırılmış, proqramlaşdırılmış, müəyyən əllərdən və sistematik şəkildə çıxdığı çox bəlli olan sosial media işçilərinədir. Azarkeşlərimizdən xahişim budur ki, bu prosesi səbirlə və şüurlu şəkildə izləsinlər. Bu klubu sosial media deyil, ağıl, əmək və vizyon idarə edəcək. Qərarlarımızın arxasındayıq. Bu klubun gələcəyi etibarlı əllərdədir. Heç kim narahat olmasın. Beşiktaş hər cür çətinliyi aşar və yoluna əmin addımlarla davam edər. Cameəmizin içi rahat olsun."

"Yanlış transfer etməkdənsə, heç transfer etməməyi daha doğru hesab edirəm"

Transfer işlərinə davam etdiklərini qeyd edən Adalı, doğru təməllər üzərində komanda qurmaq istədiklərini də əlavə edərək bunları deyib:

"Transfer işlərimiz qətiyyətlə davam edir. Ehtiyacımız olan heyəti qurmaq üçün bütün resurslarımızı səfərbər etmişik. Səbir tələb edən bir prosesdəyik, lakin doğru təməlləri atmaq məcburiyyətindəyik. Heç bir şəkildə yüz faiz əmin olmadığımız futbolçunu transfer etməyəcəyik. Yanlış transfer etməkdənsə, heç transfer etməməyi daha doğru hesab edirəm. 'Transfer haradadır' deyən yoldaşlar yəqin ki, qarışdırırlar. Bu klubda keçən günlərdə təxminən on beş il sonra 40 min insanın önündə Orkun Kökçü üçün imza mərasimi təşkil etdik. Həmçinin, şübhəsiz ki, Avropanın ən yaxşı hücumçularından olan Abrahamı heyətimizə qatdıq. Transfer dövrü başladığı gündən bəri bəziləri özbaşına xaricdən oyunçu ilə görüşür, transfer xəbəri verir, təyyarəyə mindirir, sonra da öz-özünə transferi ləğv edir. Fərqli bir ajiotajdadırlar. Bu etdikləri Beşiktaş-a zərər verir. Beşiktaş-a zərər verməyə çalışanlarla sonuna qədər mübarizə aparacağam."

24 saat

Oxucu Şərhləri

Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

Şərh Yaz