BMT Məruzəçiləri Hindistanda İnsan Hüquqları Pozuntularını Pisləyir
BMT-nin xüsusi məruzəçiləri yaydıqları yazılı bəyanatda bölgədə aprelin 22-dən bu yana təxminən 2800 nəfərin
Hindistan hakimiyyəti orqanları tərəfindən İctimai Təhlükəsizlik Qanunu və Qanunsuz Fəaliyyətlərin Qarşısının Alınması Qanununa əsasən nəzarətə alındığını bildirib. Məruzəçilər qeyd edib ki, bu qanunlar ittiham və ya məhkəmə prosesi olmadan uzunmüddətli həbslərə imkan verir.
Məhkəmə qərarı və ya hüquqi proseslər olmadan, yaraqlıları dəstəklədiyi güman edilən şəxslərin ailələrini hədəf alan evlərin dağıdılması, zorla köçürülmə və özbaşına yerdəyişmə iddialarına toxunan məruzəçilər, "Özbaşına həbslər və saxlanılmalar, nəzarət altında şübhəli ölümlər, işgəncə və digər qeyri-insani rəftar, linç hadisələri və müsəlman icmalarına qarşı ayrı-seçkilik xəbərlərini qınayırıq. Bu cür əməllər kollektiv cəzalandırma təşkil edir və
Hindistan Ali Məhkəməsinin 2024-cü il tarixli qərarını pozur" – deyə bildiriblər.
BMT məruzəçiləri, "Turizm bölgəsində törədilmiş terror aktını qətiyyətlə pisləyir, qurbanların ailələrinə və
Hindistan hökumətinə başsağlığı veririk. Lakin hökumətlər terrorizmlə mübarizə apararkən beynəlxalq
insan hüquqları qanunlarına hörmət etməlidirlər" – deyə vurğulayıblar.
Hindistanın Cammu Kəşmirdə "Mütənasibsiz Məhdudiyyətlərə" Əl Atdığı İddiası
Məruzəçilər,
Cammu Kəşmirdə telefon və internet xətlərinin kəsilməsi, eləcə də təxminən 8 min sosial media hesabının bloklanması ilə bağlı da narahatlıqlarını ifadə edərək, bunları "ifadə və dinc toplaşma azadlığına qarşı qeyri-mütənasib məhdudiyyətlər" kimi qiymətləndiriblər. Həmin terror aktından sonra müsəlmanların digər ştatlarda da ayrı-seçkiliyə məruz qaldığını bildirən məruzəçilər, Qucarat və Assam ştatlarında genişmiqyaslı ev dağıntıları baş verdiyini, təxminən 1900 müsəlman və Arakanlı qaçqının da bu prosesdə ölkədən çıxarıldığını qeyd ediblər.
Məruzəçilər
Hindistanı terrorla mübarizə qanunlarını beynəlxalq öhdəliklərlə uyğunlaşdırmağa, hesabatlılığını təmin etməyə və "
Cammu Kəşmirdə özbaşına saxlanılan bütün şəxsləri dərhal və qeyd-şərtsiz azad etməyə" çağırıb. Həmçinin, məruzəçilər Hindistan və Pakistanı "insan hüquqları pozuntularını və sərhədlərarası şiddət dövrünü qızışdıran"
Cammu Kəşmir münaqişəsini dinc yolla həll etməyə çağırıb.
24 saat
Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz