Demet Şenerdən illər sonra 13 - Demet Şener, 1995-ci ildə təşkil edilən "Miss Turkey" gözəllik müsabiqəsində Türkiyə gözəli seçilmiş manken, 2005-ci ildə milli basketbolçu İbrahim Kutluay ilə ailə həyatı qurmuşdu.
Demet Şener və İbrahim Kutluay cütlüyünün bu evlilikdən İrem və Ömər adlı iki övladı dünyaya gəlmişdi. Lakin sonradan onların ailə həyatı üzərində qara buludlar dolaşmağa başlamışdı. Şener, 2016-cı ildə "evlilik birliyinin əsasından sarsılması" və "aldadıldığı" iddiaları ilə açdığı boşanma iddiasını 2018-ci ildə qazanmışdı.
Keçən gün "Empati" proqramına qatılan Demet Şener evliliyinin bitməsindən tutmuş, Real Madriddə forma geyinən oğlu Ömərə qədər hər şeyi ilk dəfə dilə gətirib.
"DÖNÜB MƏNƏ BAXIRDILAR"
Bursada böyüdüyünü və uşaqlıq illərindən bəhs edən Demet Şener bildirib ki, "Ələ-avuça sığmayan bir qız idim. 14 yaşımda bu fiziki quruluşa malik idim, diqqət çəkirdim. Demək olar ki, bütün Bursa dönüb mənə baxırdı. Hər kəsin 'bu qız manken olsun' deməsi mənim də fikrimi cəlb etdi."
"Bursa mənim üçün uşaqlığımdır" deyən 48 yaşlı keçmiş manken əlavə edib: "Atam iş adamı idi, bu səbəbdən də onu hər kəs tanıyırdı. Çox klassik bir ailə quruluşumuz yox idi. Atam çox uzaqgörən və irəliyə baxan bir insan idi. 5 dil bilirdi. Qardaşlarım əziyyət çəkdi, mən isə şahzadə kimi idim."
Atası Fikrət Şeneri itirdiyi zaman 30 yaşında olduğunu bildirən Şener, yaşadıqlarını bu sözlərlə dilə gətirib: "Atam mənim ilk eşqim idi, onun vəfatı ilə çox şey itirdim. Atamı itirdikdən 1 həftə sonra Ömərə hamilə olduğumu öyrəndim. O dövrdə kədərlənməmək üçün çox çalışdım."
İki övladı olan Demet Şener deyib ki, "Analığı mən anamdan öyrəndim. Övladlarım dünyaya gəldikdən sonra bütün həyatımı onlara həsr etdim."
Ana olduqdan sonra dəyişdiyini və daha səbirli birinə çevrildiyini vurğulayan Şener, İremin universitetin ikinci kursunda təhsil aldığını, Ömərin isə Real Madridin gənclər komandasında oynadığını və hər ay oğlunun yanına getdiyini qeyd edib.
"MƏNİM ÜÇÜN XƏYAL QIRIQLIĞI İDİ"
Həyatında bir xəyal qırıqlığı olub-olmadığı sualına da cavab verən Şener bunları söyləyib: "Böyük bir xəyal qırıqlığım yoxdur, lakin ilk evliliyimin bitməsi mənim üçün xəyal qırıqlığı idi. Çünki ailəmdə gördüyüm ailə anlayışı çox vacib bir şey idi. Sadəcə o olmadı, onu da gözəl övladlarımla əvəz etdim."
Demet Şener dörd ildir ki, iş adamı Tolqa Armanla münasibətdədir.
Qeyd edək ki, bu xəbər aktuallığını qoruyan bir mövzudur. Bizi izləməyə davam edin.Fikirlərinizi bölüşün!
Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz