Osimhen və Əyribayat arasında gərginlik
Oyundan əvvəl hər iki komandanın futbolçuları arasında mübahisə düşüb. Komandaların oyunçuları isinmə zamanı bir-birlərinə qarşı aqressiv münasibət göstəriblər.
Fənərbağçanın qapıçısı İrfancan Əyribayat tribunaları salamlayarkən rəqib komandanın yarı sahəsində isinən Qalatasaraylı oyunçuların olduğu əraziyə yaxınlaşıb.
Osimhen-dən sərt reaksiya
Bu zaman Osimhen Əyribayata reaksiya verərək öz ərazisinə keçməsi lazım olduğunu bildirib. İki oyunçu arasında başlayan mübahisəyə məşqçilər də qarışınca vəziyyət daha da gərginləşib. Əldə olunan məlumata görə, iki komandanın məşqçiləri arasında əlbəyaxa dava yaşanıb.
Daha sonra digər oyunçular və məşqçilər də davaya qoşulublar. Böyük bir qarşıdurmanın yaşanmaması üçün tərəflər araya giriblər.
İxrac qərarları
Qalatasaraydan oyun analitiki Sərxat Doğan və Fənərbağça stadionunun müdiri Əli Bozan isinmə zamanı baş verən davadan sonra stadiondan uzaqlaşdırılıblar.

Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz