Devin Özek Mourinhonun vetosuna uğradı

Fənərbaxçanın transfer planlarında gözlənilməz dönüş
## Transfer xəyalları puça çıxan azarkeşlər
Fənərbaxça azarkeşləri, Marko Asensio və İv Bissuma kimi Avropada tanınmış futbolçuların transferini gözlədiyi halda, klubun Xorvatiya liqası təmsilçisi "Riyeka"dan yarımmüdafiəçi Niko Yankoviçi transfer etməsi xəbəri gözlənilmədən gündəmə düşdü. Lakin bu transfer hələ başlamamış bitdi.
## Joze Mourinyonun qəzəbi
Klubun futbol üzrə direktoru Devin Özek, menecerlərin təklif etdiyi xorvatiyalı futbolçu və onun klubu ilə hər məsələdə razılığa gəldi. "Riyeka" ilə 6 milyon avro transfer məbləğinə razılıq əldə edildi. Lakin bütün bu baş verənlərdən ən son məlumatı baş məşqçi Joze Mourinyo aldı. Portuqaliyalı məşqçi xəbəri eşidən kimi sərt reaksiya verdi.
## "Əvvəl mənim istədiklərimi alın!"
Mourinyo, "Mənim istədiyim transferlər həyata keçirilmədən bu olmaz. Əcnəbi oyunçu limitində mənim ehtiyaclarıma yer qalmır. Əvvəlcə mənim istədiklərimi alın. Limitdə yer qalsa və büdcə də imkan verərsə, sonra onu alarsınız" - deyərək Yankoviçin transferinə veto qoydu. Beləliklə, qəribə bir transfer hekayəsi də sona çatdı.
Oxucu Şərhləri
Şərh Yaz