Portuqaliyalı Futbolçu Diogo Jota və Qardaşı İspaniyada Həlak Oldular
İngiltərə Premyer Liqası klublarından “Liverpul”da çıxış edən Portuqaliyalı milli futbolçu Diogo Jota, qardaşı Andre Felipe ilə birlikdə İspaniyanın Zamora şəhərində keçirdiyi trafik qəzası nəticəsində dünyasını dəyişib. Jota 29, qardaşı Andre isə 25 yaşında idi. Diogo 22 iyunda, qardaşı Andre isə 12 iyunda evlənmişdilər. On gün arayla keçirilən iki toy mərasimindən sonra qardaşlar eyni avtomobilin içində həyata vida etdilər.
Lüks Avtomobil Yoldan Çıxıb, Alovlanıb
Dəhşətli qəza cümə axşamı səhər saat 00:30 radələrində Cernadilla yaxınlığında baş verib. Madrid istiqamətində hərəkətdə olan lüks idman avtomobili “Lamborghini” yolun sol tərəfinə çıxaraq idarəetmədən çıxıb və ardınca alovlanıb. Hər iki qardaş hadisə yerində dünyasını dəyişib.
Qəza Yerindən Dəhşətli Görüntülər Yayıldı
Qəza yerinin görüntüləri də ortaya çıxıb. Lüks avtomobilin yanğın səbəbindən tamamilə yandığı müşahidə olunur.
Yaxınları Xəbər Almayınca Polisə Müraciət Etdilər
İlkin məlumata görə, qardaşlar Benaventeyə çata bilməyib və ailələri vəziyyətdən şübhələnərək aidiyyatı qurumlara xəbər veriblər. Şəxsiyyətləri hadisə yerində tapılan sənədlər əsasında təsdiqlənən Diogo və Andrenin Portuqaliya vətəndaşı olduqları bildirilib.
Xilasetmə Briqadaları Hadisə Yerində
Qəzanı görən vətəndaşlar 112 təcili yardım xəttinə çoxsaylı zənglər ediblər. Zəng üzərinə hadisə yerinə Zamora Yol Polisi, yanğınsöndürmə briqadaları və tibb xidmətləri göndərilib. Tibb işçiləri hər iki şəxsin hadisə yerində həlak olduğunu təsdiqləyiblər.
Portodan “Liverpul”a Ulduzun Yüksəlişi
1996-cı ildə Portonun Massarelos bölgəsində anadan olan Diogo Jota peşəkar karyerasına “Paços de Ferreira”da başlayıb. 2016-cı ildə “Atletiko Madrid”ə transfer olunsa da, həmin il “Porto”ya, daha sonra isə “Vulverhempton Uonderers”ə icarəyə verilib. İngiltərə klubunda Premyer Liqaya yüksəldikdən sonra 2017-ci ildə 14 milyon avro qarşılığında daimi transferi baş tutub. 2020-ci ildə isə “Liverpul”a keçib.
Milli Komandada İz Buraxdı
Portuqaliyanın gənc yaş milli komandalarında çıxış edən Jota, A Milli Komanda formasını ilk dəfə 2019-cu ilin noyabrında geyinib. 2020 və 2024-cü illər Avropa Çempionatlarının heyətində yer alıb; 2022-ci il Dünya Kubokunda ölkəsini təmsil edib. Portuqaliya ilə 2019 və 2025-ci illərdə UEFA Millətlər Liqası çempionluğunu yaşayıb.
Trafik qəzası