Şimali Amerikada Yeni Təhlükə: “Zombi Sincablar”
ABŞ və Kanadada sosial mediada sürətlə yayılan fotoşəkillər “
zombi sincab” adlandırılan yeni bir təhlükəni gündəmə gətirib. Reddit və X istifadəçiləri bədənləri irinli və şişəbənzər ziyillərlə örtülü sincabların görüntülərini paylaşmağa başlayıblar. Bu vəziyyət, xüsusilə vəhşi təbiət mütəxəssisləri arasında ciddi narahatlıq doğurub.
Xəstəliyin Mənşəyi və Yayılması
“Daily Mail” qəzetinin araşdırmalarına görə, xüsusilə ABŞ-ın Men ştatında və Kanadanın bəzi bölgələrində bədənlərindən irin sızan sincabların sayında ciddi artım müşahidə olunur. Hesabata görə, xəstə sincab halları ilk dəfə 2023-cü ilin ortalarında qeydə alınsa da, bu yay daha tez-tez rast gəlinməyə başlayıb. Mütəxəssislər sosial mediada “
zombi sincab” kimi xatırlanan bu heyvanlarda müşahidə edilən durumun sincab çiçəyi xəstəliyi ilə qarışdırılmaması lazım olduğunu vurğulayır. Bu vəziyyət, leporipoksvirusun səbəb olduğu
sincab fibromatozu xəstəliyindən qaynaqlanır. Həmin
virus yoluxmuş sincablardan sağlam sincablara birbaşa təmas yolu ilə bulaşır, adətən lezyonlar və tüpürcək vasitəsilə yayılır.
Analoji Hadisələr və Ekspert Xəbərdarlıqları
Mütəxəssislər, ABŞ-da daha əvvəl dovşanlarda da pambıqquyruq papilloma virusu səbəbindən oxşar şiş hallarının görüldüyünü qeyd edirlər. Sosial mediada bəzi istifadəçilər, dovşanlarda olduğu kimi, xəstə sincabların ötanazi edilib-edilməməsini müzakirə etsələr də, səlahiyyətlilər həm dovşanlara, həm də sincablara müdaxilə edilməməsi lazım olduğunu vurğulayır. Men Balıqçılıq və Vəhşi Təbiət Departamenti əməkdaşı Şivenell Uebb, yoluxmuş sincab sayının artmasında quş yemliklərinin təsirli ola biləcəyini bildirib. Yoluxmuş sincablar yemləri yeyərkən geridə tüpürcək və digər bədən ifrazatlarını buraxır, sağlam sincablar da bu yolla virusu qəbul edə bilərlər.
İnsan Sağlamlığı Üçün Təhlükəsizlik
Uebb, virusun insanlara, ev heyvanlarına və ya quşlara keçmədiyini xüsusi qeyd edib. Mütəxəssislər sincablara toxunulmaması və onlara müdaxilə edilməməsi lazım olduğunu bildirirlər. Uebb deyib: “Virusa yoluxmuş bir sincabı tutmağa çalışmanızı tövsiyə etmirəm. Bu vəziyyət təbii şəkildə yaranır və zamanla sağalır”.
24 saat
Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz