Fənərbaxça Ederson transferini rəsmiləşdirdi
Transfer pəncərəsinin bağlanmasına az bir müddət qalmış Fənərbaxça, "Mançester Siti"nin braziliyalı qapıçısı Edersonla razılığa gəldi. "Qalatasaray"ın uzun müddət maraqlandığı braziliyalı qapıçı ilə bütün şərtlərdə razılaşan Fənərbaxça, Livakoviçin yerini qısa müddətdə doldurdu.
32 yaşlı qolkiper, saat 01.30 radələrində İstanbula gəldi. Fənərbaxçadan da transferlə bağlı açıqlama verilib. Açıqlamada "Klubumuz, braziliyalı qolkiper Edersonun transferi üçün klubu "Mançester Siti" ilə razılığa gəlmişdir. Oyunçu rəsmi imzaların tamamlanması üçün İstanbula gətirilib" ifadələri yer alıb.
Edersonun maaşı bəlli oldu
3+1 illik müqavilə imzalanan braziliyalı qapıçının illik maaşı da KAP bildirişindən sonra bəlli oldu. Fənərbaxçanın KAP-a etdiyi bildirişdə "Peşəkar futbolçu Ederson Santana de Moraes'in transferi mövzusunda klubu "Mançester Siti" FK və özü ilə razılığa gəlinmişdir.
Futbolçuya 2025-2026 mövsümündən etibarən hər mövsüm üçün xalis 11.000.000 avro ödəniləcəkdir" deyilib.
Oxucu Şərhləri
Ederson kimi təcrübəli və dünya səviyyəli bir qapıçının illik 11 milyon avro maaşla transfer edilməsi, klub üçün xeyli maliyyə yükü deməkdir. Bu, bir tərəfdən heyətin keyfiyyətini artırsa da, digər tərəfdən maliyyə idarəçiliyi baxımından diqqətli olmağı tələb edir. Əlbəttə, transferin uğurlu olub-olmayacağı yalnız meydandakı çıxışla ölçüləcək, ancaq bu məbləğlə belə bir qapıçı transferi, bəzi mütəxəssislər tərəfindən riskli sayıla bilər.
Ümumilikdə, Ederson transferi "Fənərbaxça" üçün həm böyük bir qürur mənbəyi, həm də qarşıdakı mövsümlər üçün ciddi bir investisiyadır. Bu transferin klubun uğurlarına necə təsir edəcəyini zaman göstərəcək.
Şərh Yaz