Edson Alvares üçün zədə şoku
Meksika və Yaponiya arasında baş tutan qarşılaşmada start heyətində yer alan Edson Alvares, 32-ci dəqiqədə aldığı zədə səbəbindən oyunu davam etdirə bilməyib. "Fənərbaxça"nın icarə əsasında heyətinə qatdığı futbolçunun səhhəti ilə bağlı vəziyyət aydınlaşıb.
Yırtıq şübhəsi
Sağ arxa əzələsində problem yaranan Alvares ətraflı müayinədən keçəcək. Təcrübəli futbolçuda yırtıq şübhəsi var və onun ən azı 3 həftə meydanlardan kənarda qalacağı gözlənilir. Meksikalı mənbələrə görə isə Edson Alvaresin 1 ay müddətinə yaşıl meydanlardan uzaqlaşacağı bildirilir.
27 yaşlı futbolçu karyerasında yalnız 11 oyunu zədə səbəbindən buraxıb.
Oxucu Şərhləri
Şərh Yaz