Fenerbahçe
transfer çalışmalarını davam etdirərək orta sahəyə güclü bir oyunçu əlavə edib. İngiltərə Premyer Liqası komandalarından olan Vest Hem Yunayteddə çıxış edən meksikalı yarımmüdafiəçi Edson Alvarez, sarı-laciverdlilərin sıralarına qoşulacaq.Səhhət yoxlanışından keçəcək
Fabrizio Romanonun verdiyi məlumata əsasən, Fenerbahçe ilə Vest Hem arasında icarə və satınalma opsiyası olan razılaşma əldə olunub. Alvarez bu gün İstanbulda səhhət yoxlanışından keçdikdən sonra rəsmi müqavilənin imzalanması gözlənilir.
Mourinyo faktoru
Transferdə həlledici amilin Fenerbahçenin baş məşqçisi Joze Mourinyo olduğu bildirilir. Çünki 27 yaşlı yarımmüdafiəçi ilə əvvəlki klubu Ayaks və bir neçə Avropa klubu da maraqlanırdı. Portuqaliyalı mütəxəssis, xüsusilə Avropa kubokları hədəfi istiqamətində meksikalı oyunçunun komandaya qatılmasını israrla tələb edib. Mourinyonun layihəni oyunçuya ətraflı şəkildə izah etdiyi və bununla da inandırma prosesinin sürətləndiyi qeyd olunur.
Dəyəri 25 milyon avro olaraq göstərilən 27 yaşlı yarımmüdafiəçi, ötən mövsüm Vest Hem forması ilə 28 liqa matçında 1 asist edib.
Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz