Trampın Sülh Anlaşması İddiaları və Maraqlı Dil Səhvləri
ABŞ prezidenti Donald Tramp radio aparıcısı Mark Levinə verdiyi müsahibəsində avqustun 8-də Ağ Evdə Azərbaycan və Ermənistan arasında sülh sənədlərinin imzalanmasından danışıb. Diqqət çəkən məqam isə Trampın Azərbaycan əvəzinə “Aberbaycan”, Ermənistan əvəzinə isə “Albaniya” ifadələrini işlətməsi olub.
ABŞ lideri ikinci prezidentliyinin ilk altı ayında həll etdiyini irəli sürdüyü yeddi münaqişədən bəhs edərkən bu mövzuya toxunub. O, çıxışında belə deyib: “Siz Aberbaycanı gördünüz. Bu, Albaniya ilə aralarında 34–35 il davam edən böyük bir məsələ idi. Təsəvvür edin, illərlə davam edib və mən onların rəhbərlərini tanıdım, ticarət danışıqları vasitəsilə bir az ünsiyyətim oldu. Mən dedim: “Niyə siz vuruşursunuz?”. Sonra dedim: “Əgər vuruşsanız, mən sizinlə ticarət sazişi bağlamayacağam””.
Ağ Evdə Tarixi Görüş: Sülh Sənədinin Paraflanması
Donald Tramp daha sonra Azərbaycan prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında Ağ Evdə baş tutan görüşü də təsvir edib. O, bu sülh anlaşmasını da öz nailiyyəti kimi qeyd edərək bildirib: “Necə deyərlər, mən onu da həll etdim. Halbuki hamı deyirdi ki, bunu həll etmək mümkün deyil. Hətta ikisini də Oval Ofisə gətirdiyim vaxt, onlar imzalamağa hazırlaşanda yan-yana oturmuşdular. Bir-birindən uzaqlaşmağa çalışırdılar. Özlərini narahat hiss edirdilər. Amma bir saatın sonunda bir-birlərinə sarılıb təbrik edirdilər. Açığı, baxmaq çox gözəl idi”.
Qeyd edək ki, avqustun 8-də Vaşinqtonda Azərbaycan ilə Ermənistan arasında sülh sazişinin mətni paraflanıb. Sənəd iki ölkə arasında dövlətlərarası münasibətlərin qurulması və sülhün təmin olunması prinsiplərini əhatə edir.
“Tramp Marşrutu” və ABŞ-ın Rolu
ABŞ prezidenti Donald Tramp həmçinin Azərbaycanın əsas hissəsini Naxçıvan eksklavı ilə birləşdirəcək "Tramp marşrutu"nun 99 illiyə ABŞ-yə verilməsini nəzərdə tutan sənədin, eləcə də Vaşinqtonun hər iki ölkə ilə ikitərəfli sənədlər imzaladığını vurğulayıb.
Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz