Trabzonspor Emre Mor transferi üçün hərəkətə keçdi
Türkiyə Super Liqasında yeni mövsümə qələbə ilə başlayan Trabzonspor, transfer çalışmalarını davam etdirir. Komanda, Fenerbahçe ilə yollarını ayırmağa hazırlaşan Emre Mor üçün danışıqlara başlayıb.
Müzakirə olunan məbləğ 800 min avro
Fenerbahçe ilə 30 iyun 2026-cı ilə qədər müqaviləsi olan, lakin özünə yeni komanda axtaran 28 yaşlı sağ cinah oyunçusunun meneceri ilə Trabzonspor rəhbərliyinin əlaqə saxladığı bildirilir. Baş məşqçi Fatih Tekkenin də heyətində görmək istədiyi Emre Mor üçün masada danışılan məbləğin 800 min avro civarında olduğu qeyd olunur.
Ötən mövsümü Eyüpsporda icarədə keçirən milli futbolçu, Super Liqada çıxdığı 18 matçda 1 qol və 4 asistlik performans göstərib.
Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz