Fenerbahçe: Türkiyənin yeni "Qalaktikası"
Fenerbahçe Türkiyədə futbol tarixinin ən möhtəşəm komandalarından birini yaratmaq yolunda irəliləyir. Real Madridin prezidenti Florentino Perez, Zinedin Zidan, Luis Fiqu, Ronaldo, Maykl Ouen, İker Kasilyas və Devid Bekhemli heyəti ilə 2000-ci illərə damğa vurmuşdu. İndi isə Fenerbahçenin prezidenti Əli Koç "Fenertikos"un təməlini qoyur. Koç, bazar günü ard-arda transferləri elan etdi.
Komanda tamamilə yeniləndi
Kərəm Aktürkoğlunun təyyarəsi Sabiha Gökçen hava limanına endiyi vaxt, bu transferi PSJ-nin 10 nömrəsi Marko Asensio və Mançester Sitinin qapıçısı Edersonun transferləri izlədi. Beləliklə, Fenerbahçenin ideal on birliyində ötən mövsümdən yalnız Şkriniar, Oostervolde, Fred və Ən-Nəsyri qaldı. Yeddi yeni transferlə komanda tamamilə dəyişdi. Fenerbahçe artıq fərqli bir kimliyə büründü.
Xərclənən məbləğ
Yeni transferlərə təxminən 92 milyon avro xərclənib. Şkriniarın 6 milyon avroya, Amrabatın isə 12 milyon avroya transfer hüquqları alınıb. Joze Mourinyonun 15 milyon avroluq təzminatı da əlavə edilsə, prezident Əli Koçun transferə xərclədiyi pul 125 milyon avroya çatır. Bu məbləğə futbolçuların alacağı maaşlar daxil deyil. Artıq pul yox, futbolçular meydanda danışacaq.
Oxucu Şərhləri
Real Madridin o dövrdəki transferləri daha çox superulduzlara, hər bir mövqedə dünyanın ən yaxşı oyunçularını toplamağa hesablanmışdı. Hər bir transfer böyük bir səs-küy yaradır və komandanın ümumi strukturu əsasən bu ulduzlar ətrafında qurulurdu.
Fənərbağçanın bu yaxınlarda etdiyi transferlər isə daha çox komandanın zəif nöqtələrini gücləndirməyə, müxtəlif mövqelərə keyfiyyətli oyunçular cəlb etməyə yönəlib. Təbii ki, bəzi tanınmış adlar olsa da, bu, Real Madridin "Qalaktikos" dövründəki kimi hər transferin bir "superulduz" olması anlamına gəlmir. Müasir futbolun tələbləri də fərqlidir, bir komandanın uğuru tək-tək ulduzların deyil, bütün komandanın kollektiv oyunundan asılıdır. Ən əsası isə futbolçuların kimliyindən çox, meydanda nə göstərəcəkləri əhəmiyyətlidir. Bu böyük investisiyanın nəticəsini də gələcək oyunlar göstərəcək.
Şərh Yaz