İdman 05.09.2025

Fənərbaxça Sörlotla maraqlanır

Fənərbaxça Sörlotla maraqlanır
Fənərbaxça, Yusuf Ən-Nəsirin gedişindən sonra Sörlota yönələcək

Hər şey Nəsiridən asılı

Rəqibi Qalatasaray kimi transferdə iddialı olan Fənərbaxça üçün maraqlı bir iddia ortaya atılıb. Belə ki, komandanın forvardı Yusuf Ən-Nəsir üçün Səudiyyə Ərəbistanı klubu Əl-Hilal maraqlanır.

İspaniya mətbuatında yer alan xəbərlərə görə, Əl-Hilal rəhbərliyi Yusuf Ən-Nəsiri transfer siyahısına daxil edib və yaxın zamanda rəsmi danışıqlara başlanıla bilər. Bu xəbər Fənərbaxçanın transfer planlarında dəyişiklik edə bilər.

Rəhbərlik yenidən İspaniyaya üz tutdu

Yusuf Ən-Nəsirin mümkün gedişinə hazırlaşan Fənərbaxça rəhbərliyi, diqqətini yenidən Avropaya yönəldib. İddialara görə, Fənərbaxçanın hədəfində olan yeni oyunçu, Atletiko Madridin norveçli hücumçusu Aleksandr Sörlotdur.

Sörlot üçün 50 milyon büdcə

İspaniya idman xəbər portalı Estoes Atleti-nin məlumatına görə, Fənərbaxça rəhbərliyi Aleksandr Sörlot üçün 50 milyon avro civarında bir büdcə ayırmağa hazırdır. Bu təklifin, İspaniya klubunun diqqətini çəkəcəyi gözlənilir.

24 saat

Oxucu Şərhləri

Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

Şərh Yaz