Sarı-lacivərdli klub bu barədə açıqlama verib. Açıqlamada bildirilir: "Klubumuz Malili milli oyunçu Dorgeles Nene-nin daimi transferi üçün Avstriyanın Salzburg klubu ilə razılığa gəlib. 22 yaşlı cinah oyunçusu özünü 5 illik müqavilə ilə sarı-lacivərdli rənglərə bağlayıb. Dorgeles Nene-yə "Ailəmizə xoş gəldin" deyir, "Fənərbağça"mızla sarı-lacivərdli rənglərdə nice zəfərlər və çempionluqlar arzulayırıq”.
## Devin Özek: "Bizə çox şey qatacaq"Çobani Stadionunda Fənərbağça Şükrü Saraçoğlu İdman Kompleksində keçirilən imza mərasimindən sonra açıqlama verən Fənərbağça Futbol Direktoru Devin Özek deyib: "Dorgeles Nene-nin klubumuzu seçməsindən çox xoşbəxtik. Beynəlxalq futbolun mühüm istedadlarından biridir və keyfiyyətini artıq yüksək səviyyədə göstərib. Sürəti, 1-ə 1 oyunu, çox yönlü olması və qol vurmaq instinkti ilə bizə çox şey qatacaq. Dorgeles-ə "Ailəmizə xoş gəldin" deyirik".
## Dorgeles Nene: "Mənim üçün böyük bir şansdır"Çox xoşbəxt və qürurlu olduğunu deyən Dorgeles Nene bildirib: “İlk növbədə burada olduğum üçün çox xoşbəxtəm. Fənərbağça kimi böyük bir klubda olmaq mənim üçün böyük bir şansdır. Burada olmaqdan çox xoşbəxtəm və qürurluyam”.
22 yaşlı Malili oyunçu Fənərbağçanın baş məşqçisi Jose Mourinyo haqqında da danışıb: “Onunla işləmək mənim üçün böyük bir fürsətdir. Onun nə qədər böyük bir məşqçi olduğunu bütün dünya bilir. Mən də onun təcrübələrindən yararlanaraq həm özümü burada inkişaf etdirəcəyəm, həm də klubuma töhfələr verəcəyəm”.
Əlindən gələni edəcəyini deyən Dorgeles Nene deyib: “İlk növbədə onlara təşəkkür etmək istəyirəm. Sosial mediada atdıqları mesajları görəndə çox həyəcanlandım və xoşbəxt oldum. Onlar üçün hər şeyimi verəcəyəm və bu klub üçün əlimdən gələni edəcəyəm. Həm Avropada, həm də Super Liqada onları ən yaxşı şəkildə təmsil edəcəyik”.
Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz