Fenerbahçenin Transfer Cəbhəsində Yeni İnkişaflar
Türkiyənin nəhəng klubu “Fenerbahçe”, Belçika təmsilçisi KAA Gent-in ingilis sol cinah müdafiəçisi Archie Brown-un transferi üçün 8-9 milyon avro civarında razılıq əldə edib. 23 yaşlı futbolçunun sarı-göylər ilə 4 illik müqavilə şərtlərini razılaşdırdığı bildirilir. Lakin son anda bu Fenerbahçenin transfer prosesində gözlənilməz bir dönüş yaşanıb. Fransız jurnalist Sacha Tavolieri-nin məlumatına görə, Archie Brown ötən gün İtaliyanın “Milan” klubunun idman direktoru Igli Tare ilə görüş keçirib. İtaliya nəhəngi gənc müdafiəçini heyətinə qatmaqda maraqlıdır. Hazırda “Milan”dan rəsmi bir təklif olmasa da, yaxın günlərdə konkret addımlar atılmasa, Archie Brown-un "Fenerbahçe"yə imza atması gözlənilir.
Leandro Trossard "Fenerbahçe"yə Yaxınlaşır
"Fenerbahçe" ilə bağlı əhəmiyyətli bir transfer iddiası da İngiltərədən gəlib. “Times” qəzetinin məlumatına görə, “Fenerbahçe” London təmsilçisi “Arsenal”ın Belçikalı hücumçusu Leandro Trossard ilə prinsipial anlaşmaya varıb. Xəbərdə qeyd olunur ki, İstanbul klubu 30 yaşlı ulduz futbolçuya 3 illik müqavilə təklif edib və tərəflər arasında ilkin razılıq əldə olunub. Lakin "Fenerbahçe" hələlik “Arsenal” ilə transfer haqqı mövzusunda razılığa gəlməyib. İngiltərə klubunun təcrübəli futbolçu üçün gözləntisi 20 milyon funt sterlinq (təxminən 23 milyon avro) təşkil edir. Keçən mövsümdə “Arsenal” forması ilə 56 oyunda iştirak edən Leandro Trossard, bu matçlarda 10 qol vurub və 10 məhsuldar ötürmə ilə yadda qalıb.