İdman 04.07.2025

Fenerbahçe seçki tarixi açıqlandı

Fenerbahçe seçki tarixi açıqlandı

Fenerbahçe” İdman Klubunda keçirilməsi qərara alınan növbədənkənar ümumi iclasın tarixi dəqiqləşib.

Sarı-göy rəngli klubda prezident Ali Koç sentyabrda keçirilməsi planlaşdırılan seçkinin 13-14 sentyabr tarixlərində olacağını, ilk toplantıda kifayət qədər səs çoxluğu təmin olunmadığı təqdirdə isə konqresin 20-21 sentyabr tarixlərində gerçəkləşdiriləcəyini açıqlayıb.

Ümumi iclas tarixi təsdiqləndi

Fenerbahçe”nin rəsmi səhifələrindən prezident Ali Koçun imzası ilə edilən açıqlamada bildirilir: “18 may 2025-ci il tarixində verdiyimiz bəyanatda, “Fenerbahçe” İdman Klubunun seçkili növbədənkənar ümumi iclasını sentyabr ayında keçirəcəyimizi və dəqiq tarixlərin 2025-2026-cı illər liqa təqvimi müəyyənləşdikdən sonra qərarlaşdırılacağını ictimaiyyətə elan etmişdik.

Bu gün Türkiyə Futbol Federasiyasında keçirilən püşkatma nəticəsində komandamızın oyun cədvəli bəlli olub.

İdarə Heyətimiz, seçkili növbədənkənar ümumi iclasın 13-14 sentyabr tarixlərində keçirilməsinə; ilk toplantıda kifayət qədər səs çoxluğu təmin edilmədiyi təqdirdə isə konqresin 20-21 sentyabr tarixlərində gerçəkləşdirilməsinə qərar verib.”

"Klubumuza sahib çıxaq"

Açıqlamanın davamında qeyd olunub: “Vəzifəyə gəldiyimiz gündən bəri klubumuzun maraqlarını qorumaq naminə hər cür çətinliyin qarşısında durduq.

Bu ictimaiyyəti zəiflətmək üçün planlanan hər addımla mübarizə apardıq. “Fenerbahçe”mizin birliyini və həmrəyliyini hədəf alanlara qarşı susqun qalmadıq, heç vaxt da qalmayacağıq. Biz bu vəzifəyə əvəzi nə olursa olsun, məsuliyyəti üzərimizə götürmək üçün gəldik.

Son dövrlərdə bəzi qüvvələrin sistemli şəkildə yalan və böhtanlarla həyata keçirdiyi təşkilatlanmış pisliyə qarşı dimdik dayana bilmişiksə, bu, klubumuzun haqlılığına və vicdanlı insanlara olan inamımız sayəsindədir. Klubumuzun birliyi, müstəqilliyi və gələcəyi naminə bu mübarizəni indi klubumuzun əsl sahibləri olan konqre iradəsinə buraxırıq.

Heç kim narahat olmasın ki, konqre tarixinə qədər İdarə Heyəti olaraq klubumuzu bütün idman növlərində yeni mövsümə hazırlamaq üçün hər cür işi fədakarlıqla görməyə davam edəcəyik. Konqre prosesinin bu hazırlıqlarımızı aksatmaması üçün böyük diqqət göstərəcəyik. Bütün ictimaiyyətimizi bu tarixi məqamda klubumuza sahib çıxmağa çağırıram.

Çünki bu, sadəcə bir seçki deyil, klubun gələcəyinə sahib çıxmaq məsələsidir.”

24 saat