İdman 01.07.2025

Fenerbahçe yeni formalarını təqdim etdi

Fenerbahçe yeni formalarını təqdim etdi

Fənərbaxça Yeni Mövsümün Formalarını Təqdim Etdi: Tarixi Razılaşma və Güclü Mesajlar

Yeni mövsümdən etibarən "Adidas"la əməkdaşlığa başlayan Fənərbaxça futbol komandası yeni kolleksiyasını ictimaiyyətə təqdim edib. Sarı-göy rəngli geyimlər klubun əfsanəvi simalarının və hazırkı oyunçularının çəkildiyi xüsusi reklam çarxı vasitəsilə nümayiş etdirilib.

Ali Koçdan Tarixi Açıqlamalar

Təqdimat mərasimində Fənərbaxça Klubunun prezidenti Ali Koç da iştirak edərək önəmli açıqlamalar verib. Koç, "Hər zaman olduğu kimi, klub olaraq, yenə də birlikdə bir ilkə imza atırıq. Türk idman tarixində ən böyük büdcəli texniki sponsorluq müqaviləsini həyata keçirdik. Bu razılaşma indiyə qədər ilk dəfə olaraq kişi və qadın olmaqla 3 müxtəlif idman növünü, həmçinin bu sahələrin uşaq-gənclər bazasını əhatə edən 5 illik dövrü əhatə edir" deyib.

Klub rəhbəri əlavə edib: "Dünyanın ən böyük idman klubu olduğunu vurğuladığımız kollektivimiz, əldə etdiyi uğurlarla təkcə Türkiyənin deyil, Avropanın da nümunəvi klubu kimi qətiyyətli addımlarla irəliləyir."

Zolaqlı Formanın Anlamı

Ali Koç çıxışında formanın klub üçün sadəcə bir geyim olmadığını vurğulayıb: "Zolaqlı forma bizim üçün sadəcə bir geyim deyil, ondan daha artıq bir anlam daşıyır. O, cizgilərdən və sevdiyimiz rənglərdən ibarət deyil, tale birliyinin işarəsidir. Zolaqlı forma bir uşağın xəyalı, atanın xatirəsi, bir cəmiyyətin vicdanı və namusudur. Gələcəyin təminatı və ən əsası Mustafa Kamal Atatürkin imzasıdır."

"Fənərbaxça heç bir çətinliyə təslim olmayan, baş əyməyən möhkəm bir duruşdur. İşğal altındakı İstanbulda belə diz çökməyib, Qurtuluş Savaşında cəbhəyə dəstək olub. Zolaqlı formamız sözlərlə təsvir edilməyən duruşumuzun və bənzərsiz ruhumuzun ən mühüm simvoludur. 2015-ci il aprelin 4-də gülləkeçirməz olduğu sübut edilmiş bir inancdır. Ən soyuq səfər oyunlarının ən isti geyimi, ən çətin dövrlərin ən səmimi köməkçisidir" deyə Koç sözlərinə əlavə edib.

Prezident Ali Koç çıxışını bu sözlərlə yekunlaşdırıb: "Formamız Lefterin adiliyi, Can Bartunun zərifliyi, Edanın əfsanəvi duruşu, Melihin aidiyyəti və tribunların coşğusundan bir əmanətdir. Fənərbaxça keçmişi ilə qürur, bu günü ilə mübarizə, gələcəyi ilə ümid və əmanətdir. Bu forma hamımıza əmanətdir. Yaşa, çox yaşa Fənərbaxça!”

YENİ GEYİMLƏR:

24 saat