İdman 03.10.2025

FİFA İsrailə qərar verdi

FİFA İsrailə qərar verdi

İsrailin Fələstində mülki əhaliyə qarşı törətdiyi zorakılıqlar dünya ictimaiyyətinin diqqət mərkəzindədir. Futbol dünyasının nümayəndələri bu məsələdə FIFA-nın mövqeyini gözləyirdi.

FIFA prezidenti Canni İnfantino əvvəllər zülmə məruz qalanları gördükdə göz yaşlarını saxlaya bilmədiyini desə də, İsrailin futbol turnirlərindən kənarlaşdırılması ilə bağlı şok açıqlamalar verib.

FIFA-nın vəzifəsi deyil

Canni İnfantino FIFA-nın İsrailə qarşı heç bir sanksiya tətbiq etməyəcəyini açıqlayıb. FIFA prezidenti İnfantino bildirib: "FIFA geosiyasi problemləri həll edə bilməz."

İnfantino futbolun birləşdirici gücünə diqqət çəkərək, "Düşüncələrimiz bu gün dünyanın dörd bir yanında baş verən bir çox münaqişədən əziyyət çəkənlərlə birlikdədir və futbolun hazırda verə biləcəyi ən vacib mesaj sülh və birlikdir" deyib.

FIFA-nın "parçalanmış dünyada insanları bir araya gətirmək üçün futbolun gücündən istifadə etməyə" sadiq olduğunu ifadə edib.

24 saat

Oxucu Şərhləri

Rauf İsmayılov
03.10.2025 22:59
Bu mövzuda FIFA-nın mövqeyinin bu cür olması təəssüf doğurur. İnsanın dəyərləri və siyasət bir-birinə qarışmamalıdır fikri anlaşılır olsa da, bu vəziyyətdə FIFA-nın bir qədər daha fəal rol oynaması gözlənilirdi. Futbolun birləşdirici gücündən bəhs etmək əladır, lakin bu gücün hansı hallarda istifadə edilməli olduğu da açıq olmalıdır. Ümid edək ki, gələcəkdə bu cür məsələlərdə daha dəqiq və ədalətli qərarlar qəbul edilər.

Şərh Yaz