İdman 28.07.2025

Fred Çempionlar Liqasında oynamaq arzusundadır

Fred Çempionlar Liqasında oynamaq arzusundadır
Fənərbaxçanın ulduz futbolçusu Freddən çempionluqŞampionlar Liqası hədəfi ilə bağlı açıqlamalar

Fənərbaxçanın braziliyalı yarımmüdafiəçisi Fred mövsüm hazırlıqları və hədəfləri barədə danışıb

Fənərbaxçanın 32 yaşlı braziliyalı yarımmüdafiəçisi Fred, yeni mövsüm öncəsi hazırlıqlarını dəyərləndirib. Komandanın Çempionlar Liqası-na qatılmaq istəyini vurğulayan Fred, "Çox gözəl bir mövsüm öncəsi kampı keçirdiyimizi düşünürəm. Onsuz da mövsüm öncəsi kampları hər zaman böyük əhəmiyyət daşıyır. Təbii ki, kampımızı məşqlərlə davam etdiririk, çünki mövsümə hazır olmalıyıq. Çoxlu məşq edirik və yoldaşlıq matçları keçiririk. Hazırlıq kampı bizim üçün çox vacibdir. Hər kəs əlindən gələnin ən yaxşısını ortaya qoymağa çalışır. Qısa müddət sonra Çempionlar Liqası seçmə mərhələsində oynayacağıq. Əlbəttə ki, həmin oyuna qədər hazır olmaq məcburiyyətindəyik. Bu il, sözsüz ki, Çempionlar Liqasında iştirak etmək arzusundayıq. Orada olmalıyıq", - deyə bildirib.

Fred: "Bu il çempionluq üçün çox çalışacağıq"

Yeni mövsümdə çempion olmaq üçün əllərindən gələni edəcəklərini və çempion olmağı çox istədiklərini qeyd edən 32 yaşlı yarımmüdafiəçi açıqlamasında, "Əlbəttə ki, istəyimiz və məqsədimiz çempion olmaqdır. Bunun üçün də əlimizdən gələnin ən yaxşısını ortaya qoyacağıq. Biz də çox yaxşı bilirik ki, Fənərbaxça, təəssüf ki, uzun müddətdir ki, çempionluğa nail ola bilmir. Amma yenə də deyirəm, bu il çempionluğu əldə edə bilmək üçün əlimizdən gələnin ən yaxşısını ortaya qoyacağıq. Biz futbolçular olaraq bilirik ki, həm azarkeşlər, həm də klub üçün bu il gələcək olan çempionluq çox böyük əhəmiyyət daşıyır. Bunun üçün çox çalışacağıq. Keçən mövsüm, təəssüf ki, çempionluq nöqtəsində bir az uzaqda qaldıq. Amma ilk mövsüm çempion olmağa çox yaxınlaşdıq. Bu il çempion olmağı həqiqətən çox arzulayırıq", - sözlərini işlədib.

"Məsuliyyət hissinə hər zaman sahib olan bir futbolçuyam"

Fred, 2025-26 mövsümündə komandanın kapitanlarından biri olacağı barədə isə, "Əslində həmişə içimdə olan bir şeydir bu. O məsuliyyət hissinə hər zaman sahib olan bir futbolçuyam. Onsuz da davamlı olaraq komanda yoldaşlarımla əlaqə saxlayıram və onlarla danışmağı sevirəm. Kapitan olsam da, olmasam da, komanda yoldaşlarıma kömək etmək üçün davamlı olaraq bu əlaqəni nümayiş etdirməyə çalışıram, çünki daima qazanmağı istəyən bir futbolçuyam. Eyni şəkildə onlara bu mənada kömək etməyə çalışıram. Komandanın içərisində iki kapitanımız var: İrfan və Mert Hakan. Mənə ehtiyac duyulduqda, bu nöqtədə əlimdən gələnin ən yaxşısını edərəm. Komandaya, gənc oyunçulara kömək edə bilmək, səhvlərini düzəltmək və ən yaxşımızı ortaya qoymaq üçün yardımçı olacağam. Məqsəd burada komanda yoldaşlarıma kömək edə bilməkdir. Bu mövsüm üçün birlik və bərabərlik ən əhəmiyyətlisidir", - şəklində qeyd edib.

24 saat

Oxucu Şərhləri

Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

Şərh Yaz