Azərbaycanlı Tələbə Gürcüstanda Yüksək Cərimə ilə Üzləşdi
Gürcüstanda təhsil alan azərbaycanlı gənc,
Cavid Əhmədov, hökumətə qarşı keçirilən etiraz aksiyasında çəkiliş etdiyi üçün cərimələnib. Hadisə avqustun 24-də
Cavid Əhmədovun Sarp sərhəd-keçid məntəqəsindən Türkiyəyə getmək istəyərkən baş verib. O, pasport nəzarəti zamanı adına cərimə tətbiq edildiyini öyrənib. Sərhəd məmurları pasportunu aldıqdan sonra 15 dəqiqə onu gözlədəcək, ardınca etiraz aksiyasında iştiraka görə 5 min lari (təxminən 3 min 150 manat) məbləğində cərimə olunduğunu bildiriblər. Vəziyyətdən xəbər tutan Əhmədov ölkədən çıxmaq fikrindən daşındığını söyləsə də, pasportuna çıxış möhürü vurularaq buraxılıb.
Gürcüstan İctimai İşlər İnstitutunun tələbəsi olan
Cavid Əhmədov Türkiyəyə qısa müddətli tətil üçün getdiyini və Gürcüstana qayıtmağı planlaşdırdığını qeyd edib. Onun sentyabrın 8-i tarixinə Kutaisi şəhərindən Almaniyaya uçuş bileti var. Gürcüstan qanunvericiliyinə əsasən, cərimələnmiş şəxs ölkəni tərk edərkən borcunu ödəməyə məcbur deyil, lakin yenidən ölkəyə daxil olarkən cəriməni ödəməlidir. Bu hal, Əhmədovun Gürcüstana qayıtmasını və Almaniyaya səfərini risk altına alır.
Tələbənin Hüquqi Mübarizəsi və Hökumətin Siyasəti
Magistratura pilləsində jurnalistika proqramı üzrə təhsil alan
Cavid Əhmədov iyulun 10-da Tbilisidə keçirilən etiraz aksiyasına dərs tapşırığı çərçivəsində çəkiliş aparmaq üçün getdiyini bildirib. Hazırda gürcüstanlı bir vəkillə əlaqədə olan tələbə, Daxili İşlər Nazirliyi, Ədliyyə Nazirliyi və Parlamentə müraciət məktubları yazaraq cərimənin ləğv edilməsini tələb edib. Lakin vəkil ona xəbərdarlıq edib ki, cərimənin ləğv olunmasına baxmayaraq, sərhəd işçilərinin onu ölkəyə buraxmamaq ehtimalı mövcuddur.
Gürcüstanda ötən ilin noyabrından etibarən yeni parlament seçkiləri və
Avropaya inteqrasiya kursunun davam etdirilməsi tələbləri ilə etiraz nümayişləri təşkil edilir.
Gürcüstan hökuməti bu tələbləri rədd edərək, jurnalistlər də daxil olmaqla, aksiyalarda iştirak edənləri "yolu bağlamaq" ittihamı ilə cərimələyir. Qeyd edək ki,
Gürcüstan hökuməti tərəfindən tətbiq edilən cərimə məbləği ötən ilin dekabrına qədər 500 lari olsa da, sonradan on qat artırılaraq 5 min lariyə çatdırılıb.
24 saat
Oxucu Şərhləri
Şərh Yaz