Gündəm 01.09.2025

Hafiz Babalı: “Mən Perikl deyiləm, yaxud ədalətsiz məhkəmə qərarına sözardı”

Hafiz Babalı: “Mən Perikl deyiləm, yaxud ədalətsiz məhkəmə qərarına sözardı”

Böhtan işinə görə 16 ay sürən məhkəmədən sonra iddiamı təmin etməyən hakim Mehriban Əfəndizadə qətnaməsində yazır ki, barəmdə hüquq-mühafizə orqanlarının qeyri-rəsmi ruporu sayılan media strukturunda yayılan şər, böhtana, qarayaxmaya, ləkələnməyə dözümlülük nümayiş etdirməliyəm. Amma bunu unutmayın ki, qərar ləyaqətin ayaqlar altına atıldığı hansısa bordel adından deyil, Azərbaycan məhkəməsi adından verilib.

Elə mən də, hörmətli hakim, nə İsa peyğəmbərəm, nə də afinalı Perikl!

Tarixçilər belə rəvayət edirlər ki, təqribən 2500 il bundan qabaq şəhər meydanında qurulmuş Xalq forumunda qurumsağının biri Afinaya strateq vəzifəsində başçılıq edən Periklə, necə deyərlər, dişinin dibindən çıxanı yorulub usanmadan yağdırır. Periklsə heç keyfini pozmadan işini davam etdirir, axşam evinə yola düşür. Onun arxasınca gələn həmin bu heyvərə təhqirə ara vermir. Evinə daxil olmazdan qabaq Perikl qulluqçusuna tapşırır ki, şakıdanı götürüb qaranlıq küçələrdə bu nadürüstü evinədək ötürsün.

Mənsə nə Perikl kimi, nə də elə Nərimanov Rayon Məhkəməsinin hakimi kimi dövlət vəzifəsi tutan birisiyəm ki, böhtana gözümü və qulağımı yumam.

Qətnamədə yazılır:

“Məhkəmə bir daha vurğulayır ki, fikri ifadə etmək azadlığı demokratik cəmiyyətin mühüm əsaslarından biri olmaqla yanaşı, fərdi fikirlərə münasibətdə dözümlülük demokratik siyasi sistemin mühüm ünsürüdür. Yəni, ifadə edilmiş tənqidi fikirlər bir fərdin inkişafına dəstək olduğu kimi, həmin şəxsdən belə fikirlərə dözümlülük nümayiş etdirməsini tələb edir ki, qeyd olunan bu hal vəzifəli şəxs kimi iddiaçının özünə də aid edilməlidir. Çünki, belə fikirlər xoş məramdan, ümumi və ya ictimai maraqlardan irəli gələ bilər”.

Məhkəmə qərarından gətirdiyim bu iqtibasda göstərilən halların konkret olaraq “fikri ifadə etmək azadlığı”, “demokratik cəmiyyət”, “fərdi fikirlərə münasibətdə dözümlülük”, “demokratik siyasi sistem”, eləcə də “tənqidi fikirlər”, “tənqidi fikirlərə dözümlülük”, “vəzifəli şəxs”, “belə fikirlərin xoş məramdan, ümumi və ya ictimai maraqlardan irəli gələ bilməsi” – bunların heç biri müasir Azərbaycanın siyasi sisteminə, müdafiə olunan hüquq və azadlıqlara, “Qafqazinfo.az” xəbər saytında yayınlanmış və mübahisələndirilən materialdakı faktoloji hallara, materialın ümumi məramına və iddiaçının sosial statusuna – jurnalist fəaliyyəti – uyğun gəlir.
 
Qətnamənin obyektinin təhlilinə keçirəm.

I.  Məhkəmə öz təşəbbüsü ilə məhkəmə linqvistik ekspertiza təyin edib. Ekspertin (Almaz Bayramova) rəyində göstərilir ki, 1) “məqalədə birbaşa olaraq hər hansı söz və ya ifadə vasitəsilə şərəf və ləyaqətin alçadılması, işgüzar nüfuzun ləkələnməsi istiqamətində şəxsiyyəti qiymətləndirmə elementləri yer almamışdır”. İddia tərəfi olaraq mən həmin elementlərin, yəni şəxsiyyəti qiymətləndirən ünsürlərin olduğunu qeyd etməmişəm. Cavabdehə qarşı narazılığım məqalədəki mənim peşə fəaliyyətimlə bağlı ittiham xarakterli məlumatlardır. Elə ekspert də yazır ki, “informativ məqalədə Hafiz Babalı ilə bağlı ittihamedici məlumatlar şərh edilmişdir”. Rəydə göstərilir: “Belə ki, yazılanlara görə Azərbaycanda xaricdən maliyyələşən bir sıra media və QHT-lər dövlət üçün təhlükəli fəaliyyət aparmaqla xaricdən daxil olan böyük maliyyə vəsaitlərini mənimsəmək hesabına şübhəli, ölkədən kənar və ölkənin ziyanına işləyən şəbəkə ilə əlbir fəaliyyət aparırlar. Bu istiqamətdə məşğulluğu müşahidə edilən media qurumlarından biri məhz sözügedən Hafiz Babalıdır. Hafiz Babalı uzun illər ərzində qrant layihələri ilə bağlı xarici təşkilatlarla və fondlarla əlaqələr qurub, onların tapşırığına dair araşdırmalar aparıb və məqalələr hazırlayıb”.

Ekspert məqalədəki “Hafiz Babalının fəaliyyət göstərdiyi layihələrə xaricdəki söyüş müxalifətinin əsas simaları da yaxından cəlb olunub” cümləsini təhlil edib. Rəydə deyilir: “cümlənin məna-məzmun tərkibində əsas məzmunyaradıcı komponentlərdən biri “söyüş müxalifəti” birləşməsidir. Məlumdur ki, müxalifət adı ilə xaricdə yaşayan və xarici ölkələr tərəfindən idarə olunan, maliyyələşdirilən müəyyən şəxslər vardır ki, Azərbaycan əleyhinə fəaliyyət göstərir, dövləti, dövlət qanunlarını açıq-aşkar pisləyərək insanlarda mənfi, obyektiv olmayan fikirlər yaratmağa çalışırlar. “Söyüş müxalifəti” olaraq Azərbaycan cəmiyyəti artıq konkret şəxsləri də tanıyır. Həmin şəxslər birmənalı olaraq xarici qüvvələrin maraqlarına xidmət edən məqsədlərə qulluq edirlər. Cümlənin məzmununa görə Hafiz Babalı da bu cür layihələrdə məhz bu şəxslərlə eyni istiqamətdə çalışır. Yazıdakı digər cümlə də yuxarıdakı cümlənin məzmununu tamamlayır: “Hafiz Babalı uzun illər ərzində qrant layihələri ilə bağlı xarici təşkilatlarla və fondlarla əlaqələr qurub, onların tapşırıqlarına dair araşdırmalar aparıb və məqalələr hazırlayıb”, – iqtibasın sonu.

Öz rəyində ekspert məqalədəki yazılı nitq vasitələri kimi bir çox söz birləşmələrini, o cümlədən “dövlətə qarşı təhdid”, “qanunları kobud şəkildə pozma”, “sui-istifadə etmək”, “xaricdən idarə olunan”, “qeyri-qanuni”, “axıdılan maliyyənin həcmi” və s. “əsasən qanunsuz hərəkətlərin təqdimatına yönəlmiş” kimi qiymətləndirib.

Ekspertiza rəyində qeyd olunur ki, məqalənin tərkibində istər ümumi, istərsə də fərdi bildirən ittihamlar yer alıb. Ekspert məqalədəki altı sayda cümləni sadalayır, onların olduqca ciddi hallardan xəbər verdiyini, maliyyə vəsaitləri hesabına ölkədə xarici qüvvələrə xidmət edən şəxslər dairəsinin genişləndiyini bildirdiyini yazır. Ekspert nəzərə çatdırır ki, sıralanan həmin cümlələr, əsasən, ümumi məzmunludur. Eyni zamanda, ekspertizada bildirilir ki, mətndə həmin halların iştirakçılarından biri olaraq Hafiz Babalının adı qeyd olunur.

“Şəxsin adının məqalənin başlığında da yer aldığını görürük, bu isə yazıdakı əsas hədəfin Hafiz Babalı olduğunu, məntiqi vurğunun və diqqətin də bu şəxsin üzərinə yönəldiyini göstərir”, – deyə ekspertiza rəyində vurğulanır.

Ekspert məqalədə iddia olunan halları “mənfi hallar” kimi qiymətləndirib. Belə ki, onun fikrincə, maliyyə vəsaiti əldə etməklə xarici qüvvələrlə əlbir olmaq, sifarişlər və tapşırıqlar yerinə yetirmək, xarici maraqlara xidmət etmək, şübhəsiz ki, vətəndaşlıq mövqeyinə zidd olduğu kimi hüquqi baxımdan da yolverilməzdir. Bu cür davranışlar ictimai qınağa səbəb olan məlumatlardır. Ekspertin rəyinə görə, yazının linqvistik tərkibi əsas olaraq şəxsin xarakter, mənəvi-əxlaqi dəyərlərinə və şəxsi keyfiyyətlərinin təsvirinə deyil, şəxsin fəaliyyətinə irəli sürülən halların izahına, eləcə də konkret şəxsin həbs səbəbinə yönəldilmişdir. Növbəti cümlədə ekspert bir daha bu məqama diqqət çəkir: “Mətndə sözügedən məqamlarda adı hallandırılan şəxs H. Babalı olmasına baxmayaraq, şəxsin xarakter və keyfiyyətləri yazının əsas ideyası deyil, şəxsin fəaliyyəti ilə bağlıdır. Bu baxımdan ekspert belə bir rəyə gəlib ki, belə məlumatlar hüquqi araşdırmaların nəticəsi əsasında obyektivlik səviyyəsinə görə qiymətləndirilə bilər”.

Məqaləni müxtəlif linqvistik tədqiqat metodlarından istifadə etməklə təhlil edən ekspert eyni zamanda bu qənaətə gəlib ki, məqalədə “bildirilən fikirlər əksəriyyət olmaqla təsdiq və əminlik formasında diqqətə çatdırılır. Yazıdakı məlumatlarda hər hansı ehtimal və ya tərəddüd müşahidə edilməmişdir. (…) Nitq bütövünün ümumi məntiqi təyinatının, əsasən, ittiham və məlumatlandırma olduğu müəyyən olunur”. Bu baxımdan ekspert bir daha tövsiyə edir: “Həmin məlumatların doğru da ola bilmək ehtimalı nəzərə alınaraq obyektivlik səviyyəsinə görə qiymətləndirilməsi məqsədəuyğun hesab olunur”. Çünki, həmin məlumatların həqiqiliyinin müəyyən edilməsi ekspertin səlahiyyətinə aid deyildir.

Bəli, bu işlə, yəni, hüquqi araşdırma ilə məhkəmə məşğul olmalı idi. Lakin 2) məhkəmə məqalədə yer alan yalan və böhtan xarakterli məlumatların prosessual qanunvericiliyə uyğun olaraq cavabdeh tərəfindən həqiqiliyini sübuta yetirmək üçün heç bir hüquqi araşdırma aparmadı, buna cəhd də etmədi.

Cavabdeh “Qafqazinfo.az” MMC öz mövqeyinin müdafiəsindən ötrü məhkəməyə hər hansı sübut növü təqdim etmədi, məqalədə yer alan məlumatların təsdiqi üçün dəlillər gətirmədi.

Məhkəmə öz qərarında iddiaçının mübahisə predmeti üzrə statusuna, dartışılan məqalə dərc olunarkən hərəkət azadlığının məhdudlaşdırılması vəziyyətinə, tərəflərin hər ikisinin media subyekti olması faktına, iş materialları üzrə tədqiq olunmalı faktiki hallara müvafiq deyil, qərəzli olaraq, birtərəfli mövqe tutaraq məhkəmə istintaqı üzrə tədqiq olunmamış subyektiv hallar (ifadə azadlığı, tənqidə dözümlülük və s.) üzrə qiymətləndirmə aparıb, nəticədə qanunsuz olaraq cavabdehin mənafeyinə uyğun mövqe tutub.

Məhkəmə öz qanunsuz, ədalətsiz, həqiqəti ləkələyən qətnaməsində mübahisə predmetinə, işin hallarına, yəni, iddiaçının statusuna, məqalənin böhtan xarakteri daşımasına və s. aidiyyəti olmayan Avropa İnsan Hüquqları Məhkəməsinin çoxsaylı qərarlarına istinad edir.

Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, eləcə də AİHM-in bu mülki iş üzrə aidiyyəti olmayan, presedent kimi təqdim edilməyən çalışılan qərarlarına istinad etməklə sıravi vətəndaşa (fiziki şəxsə, həbsdə olan jurnalistə) böhtan atılmasına faktiki olaraq haqq qazandırmaqdan ötrü qurama hüquqi əsaslandırma qəbuledilməzdir, qanunlara tüpürmək deməkdir. Bu addımla Azərbaycan dövləti ayrı-ayrı fərdi şəxslərə böhtan atılmasına, onların şərəf və ləyaqətinin alçaldılmasına, işgüzar nüfuzuna xələl gətirilməsinə, az qala, hüquqi don geyindirməklə qanunsuzluq presedenti yaradır, böhtana məruz qalan şəxsləri isə məhkəmə müdafiəsindən kənarda saxlayır.

Ən başlıcası, 3) məhkəmə əsassız olaraq mübahisələndirilən məqalədəki məlumatları guya AİHM-in presedentlərinə müvafiq “qiymətləndirici fikir” kimi qəbul edib və qərarı özünün bu yanlış rəyinə uyğun olaraq çıxarıb. Bu, əslində məhkəmənin iş üzrə qərarının “onurğa sütunudur”. Halbuki məhkəmə Ekspertiza rəyinə – iş üzrə araşdırılan faktiki olaraq tək sübut növünə – istinadən qeyd etdiyi kimi, məqalədə qiymətləndirmə elementləri yer almayıb. Başqa sözlə, məhkəmə özü-özünü təkzib edib, bununla da özünü gülünc vəziyyətə salıb.

Nəhayət, məhkəmənin “dözümlülük” arqumentinə dair. Faktı (iddiaçının “tanınmış jurnalist” kimi təqdimatı, onun artıq ləğv olunmuş “Turan” İnformasiya Agentliyinin iqtisadiyyat redaktoru işləməsi) manipulyasiya edən məhkəmə qeyd edir ki, bu cür şəxslərin, yəni konkret halda həbsdə olan jurnalistin, “onlar barəsində söylənilən fikirlərə daha dözümlü olmalı olduqları gözləniləndir”. Buna əsas kimi isə məhkəmə “bu cür şəxslər barəsində cəmiyyət üzvlərinin hər zaman dolğun informasiya almaq hüququnun olduğunu” göstərib. Görünür, məhkəmə saxta, qurama, böhtan, dezinformasiya, ləkələyici, gözdən salmağa hesablanmış birtərəfli, ittihamedici yalanı həqiqət kimi təqdim olunduğu cızmaqaranı “dolğun informasiya” kimi qəbul edib. Bu hakim o məhkəmə qərarında yazır ki, “Qafqazinfo.az” xəbər saytında yayınlanan bu mənfur məqalə, orada “ifadə edilmiş tənqidi fikirlər bir fərdin (yəni, mənim – müəllif) inkişafına dəstəkdir”, “xoş məramdan, ümumi və ya ictimai maraqlardan irəli gələ bilər”.

Hafiz Babalı

07 iyul 2025-ci il

P.S. Şərəf və ləyaqətimi, işgüzar nüfuzumu, ağır həbs şəraitinə baxmayaraq, mətbuata daraşmış və hakimiyyətin bəslədiyi parazit və dezinformatorlardan qorumaqda davam edirəm. Qarayaxma kampaniyası aparan belələrinə qarşı sonadək dözümsüz olacağam.

Oxucu Şərhləri

Əhməd Ziyadli
01.09.2025 06:43
Hafiz Babalının məhkəmə qərarına münasibəti bir sıra mühüm məsələləri ön plana çıxarır. Ədalətin tələb olunduğu bir sistemdə, bir vətəndaşın şərəf və ləyaqətinin qorunması əsas hüquqlardan biridir. Hakim Mehriban Əfəndizadənin qərarında "hüquq-mühafizə orqanlarının qeyri-rəsmi ruporu" kimi təyin etdiyi media strukturlarında yayılan böhtana dözümlülük tələb olunması, ifadə azadlığı ilə ləyaqətin qorunması arasındakı incə xətti yenidən müzakirəyə çıxarır.

Babalı haqlı olaraq qeyd edir ki, özünü Perikl kimi görmür, yəni dövlət vəzifəsi tutan, toxunulmazlığı olan bir şəxs deyil. Bu kontekstdə, məhkəmənin sadə bir vətəndaşdan hüquq-mühafizə orqanları ilə əlaqəli olduğu iddia edilən mətbuatın böhtanlarına dözümlü olmasını tələb etməsi qəribədir. Demokratiyanın əsas prinsiplərindən biri də hər bir fərdin, xüsusilə də hüquq-mühafizə orqanları tərəfindən hədəfə alındığı iddia edilən şəxslərin şərəf və ləyaqətinin qorunmasıdır.

Məhkəmə qərarındakı "fərdi fikirlərə münasibətdə dözümlülük", "tənqidi fikirlərə dözümlülük" kimi ifadələr, şərh olunan kontekstdə, yəni şər, böhtan və qarayaxma hallarına münasibətdə qeyri-adekvat görünür. Çünki bu ifadələr ümumilikdə ictimai müzakirələr və tənqidlər üçün doğrudur, lakin açıq-aşkar yalan və qəsdən nüfuzdan düşürmə məqsədi güdən böhtanlar qanun çərçivəsində cəzalandırılmalıdır. Hakimiyyət orqanları ilə əlaqəli olduğu iddia olunan media qurumlarının bu cür hərəkətləri, əgər təsdiqlənsə, cəmiyyətdə haqsızlıq hissini gücləndirir.
Lalə Həsənli
01.09.2025 06:38
Hafiz Babalının məhkəmə prosesindən və hakimin qərarından bəhs edən bu yazısı diqqətəlayiqdir. Yazıda qeyd olunduğu kimi, ədalət naminə verilmiş bir qərarın belə bir şəkildə əks-səda doğurması düşündürücüdür. Həqiqətən də, "fikri ifadə azadlığı" və "dözümlülük" kimi dəyərlərin mənəvi bir zəmin üzərində qurulması vacibdir. Xüsusilə, şəxsi nüfuz və ləyaqətin qorunması məsələsi, bunun məhkəmə qərarı ilə belə bir ifadəyə gətirilməsi, ictimai müzakirə üçün əsaslı bir mövzudur. Periklin nümunəsi də bu kontekstdə maraqlı bir müqayisə təqdim edir.
Faiq Həsənli
01.09.2025 05:53
Hafiz Babalının "Mən Perikl deyiləm, yaxud ədalətsiz məhkəmə qərarına sözardı" başlıqlı yazısı, hüquqi proseslərdə obyektivliyin və ədalətin təmin edilməsi məsələsinə diqqət çəkir. Məqalədə hakim Mehriban Əfəndizadənin qərarı, şəxsiyyətin toxunulmazlığı və fikri ifadə azadlığı arasında yaranan ziddiyyət ön plana çıxır.

Hafiz Babalı özünü "Perikl" kimi müqayisə edərək, keçmişdə böhtana dözümlülük nümayiş etdirmiş tarixi şəxsiyyətlərin mövqeyini göstərir. Lakin məqalənin əsasını təşkil edən arqument, hər kəsin, xüsusilə də qanun qarşısında hüquqları müdafiə olunan hər bir vətəndaşın, qanunsuz tənqidə və böhtana qarşı çıxma haqqının olmasıdır. Məhkəmənin qərarında ifadə edilən "dözümlülük" tələbi, bir tərəfdən fikri ifadə azadlığını təmin etməli, digər tərəfdən isə bu azadlıqdan sui-istifadə edərək digər şəxslərin hüquqlarını pozanlara qarşı müdafiə mexanizmlərini gücləndirməlidir. Məhkəmənin ədalətli qərar qəbul etməsi, cəmiyyətdə hüquq sisteminə olan inamı artırar.
Şəbnəm Turalova
01.09.2025 05:48
Hafiz Babalı cənabının bu mövzuda fikirlərini bölüşməsi olduqca əhəmiyyətlidir. Məhkəmənin belə bir qərar çıxarması təəssüf doğurur. İnsan hüquqlarının qorunması, ləyaqətə hörmət və söz azadlığı mövzularında ədalətli yanaşma hər kəs üçün vacibdir. Hafiz Babalının öz mövqeyini bu cür qətiyyətlə bildirməsi təqdirəlayiqdir.
Lalə Əhmədli
01.09.2025 05:43
Hafiz Babalının bu məqaləsi, söz azadlığı və hüquqi məsuliyyət arasındakı incə xəttin nə qədər mürəkkəb olduğunu bir daha göstərir. Hakim Mehriban Əfəndizadənin qərarı, məmur mövqeyindən baxıldığında, "fərdi fikirlərə münasibətdə dözümlülük" tələbini doğru ifadə etsə də, Hafiz Babalının ədalət tələbi göz ardı edilmiş kimi görünür. Hər bir fərdin, xüsusilə də bir məmurun şərəf və ləyaqətinin qorunması da ən azı "fikri ifadə azadlığı" qədər önəmlidir. Məqalədəki Perikl nümunəsi də göstərir ki, tarixi şəxsiyyətlər belə tənqidə məruz qaldıqda fərqli yanaşmalar sərgiləyiblər. Belə bir vəziyyətdə, məhkəmənin sadəcə "dözümlülük" tələb etməsi, böhtanın təsirini azaltmaq üçün kifayətmü ə? Bu sualın cavabı, məncə, bu müzakirənin mərkəzində durmalıdır.
Aysel Elnarli
01.09.2025 05:38
Bu məqalə, Hafiz Babalının ədalətsizliyə qarşı səsləndirdiyi etirazını və məhkəmə qərarının məntiqsizliyini aydın şəkildə ortaya qoyur. Məhkəmənin "dözümlülük" tələbi, əslində, hüquqi müstəvidə böhtan və şərəfə qəsd kimi hallar qarşısında vicdanın susdurulması mənasını verir. Tarixi Perikl nümunəsini xatırlayaraq, Babalı özünün "vəzifəli şəxs" olmadığını, dolayısı ilə xalqın seçdiyi lider kimi təhqirə məruz qalmamaq hüququndan məhrum olmadığını vurğulayır. Məhkəmənin bu mövqeyi, fikri ifadə azadlığı ilə qərəzli şərhləri eyniləşdirmək cəhdi kimi görünür.
Könül Elnarli
01.09.2025 05:02
Hafiz Babalının məqaləsində yer alan məhkəmə prosesi və hakim qərarına dair fikirləri düşündürücüdür. Məqalədə ifadə azadlığı və bunun məsuliyyəti məsələsinə toxunulur. Xüsusilə, hakimə istinadən deyilən "tənqidi fikirlərə dözümlülük nümayiş etdirməliyəm" ifadəsi, "Hafiz Babalı: “Mən Perikl deyiləm, yaxud ədalətsiz məhkəmə qərarına sözardı”" başlığı ilə birlikdə oxucuda maraq doğurur. Belə bir mövzuda müzakirənin aparılması vacibdir.
Əli Ramizov
01.09.2025 03:09
Hafiz Babalı cənabının məhkəmə qərarından narazı olduğunu və buna görə özünü Perikllə müqayisə etməməsini anlamaq mümkündür. Ancaq bu məhkəmə qərarının "demokratik cəmiyyət" və "ifadə azadlığı" kimi dəyərlərə istinad etdiyini qeyd etmək lazımdır. Yəqin ki, məhkəmənin məqsədi, cəmiyyətdə tənqidi fikirlərə qarşı daha dözümlü bir mühit yaratmaqdır. Hər bir şəxs, dövlət vəzifəsi daşıyan və ya daşımayan, cəmiyyətdəki fikir mübadiləsinə töhfə verməli, özünə yönəlik tənqidi qəbul etməyi bacarmalıdır. Bu, şəxsi inkişaf və cəmiyyətin demokratikləşməsi üçün vacib bir addımdır.
Günay Raufova
01.09.2025 03:04
Hafiz Babalının məhkəmə qərarı ilə bağlı fikirləri çox düşündürücüdür. Qərarın "hətta fərdi fikirlərə münasibətdə dözümlülük demokratik siyasi sistemin mühüm ünsürüdür" deməsi, eyni zamanda Hafiz Babalının "mənsə nə Perikl kimi, nə də elə Nərimanov Rayon Məhkəməsinin hakimi kimi dövlət vəzifəsi tutan birisiyəm ki, böhtana gözümü və qulağımı yumam" deməsi arasında bir ziddiyyət yoxdurmu? Əgər dözümlülük demokratik cəmiyyətin bir parçasıdırsa, niyə məhz Hafiz Babalıdan belə bir dözümlülük tələb olunur, amma onun iddiaları təmin olunmur? Bu qərar, əslində, fikri ifadə azadlığının sərhədləri və tənqidin qəbul edilməsi mövzusunda daha geniş bir müzakirəyə yol açmır ki?

Şərh Yaz