Məşhur Cütlüyün Münasibətlərində Gərginlik
Aktrisa Hande Erçel və iş adamı Hakan Sabancı 3 ildir birlikdə idilər. Tez-tez səyahət edən cütlük xoş anlarını sosial şəbəkə hesablarında paylaşmağı da unutmurdu.
Son olaraq İtaliya tətilinə yollanan məşhur cütlüyün münasibətlərində böhran yaşandığı iddia edilir.
Hande Erçel Instagram səhifəsindən Hakan Sabancı ilə olan bütün fotolarını silib. Bu addım ayrılıq şayiələrini gücləndirsə də, hələlik cütlükdən rəsmi açıqlama gəlməyib.
Arzu Sabancıdan Mənalı Paylaşım
Digər tərəfdən, Arzu Sabancının sosial mediadakı paylaşımı geniş əks-səda doğurub. Sabancı, "Cəhalət yuxu kimidir; səni oyadan ilk insana reaksiyan qəzəb olur" ifadələrini işlədib.
Ayrılıq iddiası geniş yayılarkən, Ece Erken də aparıcısı olduğu "Gəl Danışaq" adlı maqazin proqramında ayrılığın pərdəarxası səbəbləri haqqında danışıb.
"Hande Evlilik İstəyir"
Ece Erken bildirib ki, avqustun əvvəlindən bəri cütlüyün münasibətləri gərgindir. Hande Erçel bacısı qızı və bacısı ilə tətilə çıxanda artıq ayrı idilər, sadəcə gözləyirdilər. Səbəb isə evlilik məsələsidir.
Erken sözlərinə belə davam edib: "Hande Erçel artıq evlilik haqqında danışmaq istəyir, Hakan Sabancı da əslində evliliyə isti baxır. Bəlkə də buna görə Arzu Sabancı artıq bu evliliyi istəmir."
Lakin Hakan Sabancının Hande Erçel ilə olan fotolarını silməməsi və cütlüyün hələ də bir-birini izləməsi "Barışacaqlar?" şərhlərinə səbəb olub.
Oxucu Şərhləri
Şərh Yaz