İdman 18.09.2025

İspaniya FIFA-ya qarşı çıxdı

İspaniya FIFA-ya qarşı çıxdı
İspaniya hökumətindən FİFA-ya İsrail xəbərdarlığı

İspaniyadan Dünya Kuboku boykotu

İspaniya hökuməti Futbol üzrə Beynəlxalq Federasiyalar Assosiasiyasına (FİFA) gözlənilməz bir xəbərdarlıq edib. Baş nazir Pedro Sançes, İsrailin iştirakı halında İspaniya milli komandasının 2026-cı il Dünya Kubokuna qatılmamaq qərarı ala biləcəyini açıqlayıb.

Baş nazir Pedro Sançes, Qəzzaya yönəlik hücumları davam edən İsrailin Amerika Birləşmiş Ştatları, Kanada və Meksikada təşkil olunacaq 2026 Dünya Kubokunda iştirakı halında radikal qərarlar qəbul edəcəklərini bildirib. Sançes, hətta turnirdə iştirakdan imtina edə biləcəklərini də vurğulayıb.

Rusiya nümunəsi

Baş nazir Pedro Sançesin açıqlamalarına İspaniya Məclis üzvü Patxi Lopez də dəstək verib. Lopez, İsrailin vəziyyəti üçün Rusiya nümunəsini irəli sürərək deyib: "İsrail komandaları idman tədbirlərində iştirak etməməli və Avroviziyada yer almamalıdır. Eynilə Rusiyanın çıxarıldığı kimi. Nə üçün Rusiya ilə olar da, İsrail ilə olmaz? Fərq nədir?".

Bu reaksiyalar İspaniya ictimaiyyəti və sosial mediada böyük dəstək alarkən, diqqətlər FİFA-nın qəbul edəcəyi qərara yönəlib.

24 saat

Oxucu Şərhləri

Şəbnəm Qasımova
18.09.2025 23:26
Bu məqalə İspaniyanın futbolda prinsipial mövqe tutduğunu göstərir. Pedro Sançesin açıqlamaları, həm də Patxi Lopezin Rusiyanın təcrübəsini xatırladaraq verdiyi nümunə, idmanın yalnız bir oyun olmadığını, eyni zamanda dəyərləri təmsil etdiyini vurğulayır. FIFA-nın bu məsələyə necə yanaşacağını görmək maraqlı olacaq.
Rauf Nurlu
18.09.2025 23:21
Bu mövzunun belə bir qərara gətirib çıxarması təəccüblüdür. İspaniyanın bu addımı, beynəlxalq idman tədbirlərində siyasi məsələlərin necə dərin təsir göstərə biləcəyini ortaya qoyur. FİFA-nın necə reaksiya verəcəyi maraqla gözlənilir.

Şərh Yaz