İsrail polisindən verilən məlumata görə, istintaq polis idarəsinin "Lahav 433 Bölməsi" və hərbi prokurorluqla əməkdaşlıqda aparılır.
Prokurorluq bu gün
İsrail əsgəri barəsində İran agentləri ilə əlaqə quraraq pul müqabilində müəyyən məlumatları satmaq ittihamı ilə cinayət işi açıb.
Əsgərin Məlumat Ötürməsi İddiası
İstintaq çərçivəsində, sözügedən əsgərin bilərəkdən İran rəsmiləri ilə əlaqə qurduğu, verilən bəzi tapşırıqları yerinə yetirdiyi və İranın raket hücumlarında İsraildə raketlərin düşdüyü bölgələrin görüntülərini ötürdüyü iddia edilir.
İsrail mediası hərbi prokurorluğun sözügedən əsgər barəsində iyulun 22-dək həbs qərarı verdiyini, lakin bu müddətin uzadılmasının gözlənildiyini bildirib.
İranın Casusluq Cəhdləri
Son iki ildə İranın pul qarşılığında israillilərdən
casusluq məqsədi ilə istifadə etmək cəhdlərini artırdığı irəli sürülür. İddialara görə, israillilər İran agentləri ilə məsafədən əlaqə quraraq kiçik tapşırıqlardan başlayaraq ciddi
kəşfiyyat məlumatları toplamağa və hətta sui-qəsd planları qurmağa qədər müxtəlif cinayətlər törədiblər.
Bu arada, iyun ayında İsrail polisi və daxili kəşfiyyat xidməti Şin-Bet (Şabak) ciddi təhlükəsizlik cinayətləri törətməkdə, İran kəşfiyyat ünsürləri ilə təmasda olmaqda və onların təlimatı ilə tapşırıqlar yerinə yetirməkdə şübhəli bilinən 33 yaşlı ərəb əsilli müəllimi də həbs edib.
Müəllimin ötən il ərzində İran kəşfiyyat ünsürləri ilə əlaqədə olduğu və onlar üçün tapşırıqlar yerinə yetirdiyi, bunlar arasında Nevatim Hərbi Hava Bazasında kəşfiyyat məlumatları toplamaq da olduğu iddia olunur.
24 saat