Şou 20.08.2025

İyundan Mikonosda Sevgisi ilə bəxtəvər

İyundan Mikonosda Sevgisi ilə bəxtəvər

Eda Taşpınar keçən il uzun sürən təkliyinə son qoymuşdu. Tanınmış ictimai sima iyun ayından bəri adının baş hərfi D olan sirli sevgilisi ilə Yunanıstanın Mikenos adasında tətil edir.

Ailəvi Dalış Anları

Taşpınar ötən gün sevgilisi və onun qızları ilə birlikdə dalış etdi. Məşhur sima gəmidən çəkilmiş fotoları sosial media hesabında bu sözlərlə bölüşdü: "Bu gün D-nin qızlarını açıq su dalışına apardıq. D, həyatımda tanıdığım ən yaxşı atalardan biridir. Qızlar onun kimi bir ataya sahib olduqları üçün çox şanslıdırlar. Mən də onun kimi bir sevgilim olduğu üçün çox şanslıyam."

Sevgilisindən Unikal Şeir Hədiyyəsi

Eda Taşpınarın sevgilisi bu yaxınlarda ona şeir həsr etmişdi. Sevgilisi Edaya belə bir şeir yazmışdı: "Daşları suya tullayarkən sənin gözəl duruşunu izləməyə vurğunam / Bu, gördüyüm ən nəfis mənzərədir / Bu, günəş işığında açılan qəlbin / Bu, qumlara səpələnmiş səxavətli ruhun / Bu, iki nəsli birləşdirən güclü bir bağdır / Bu, mənim xanımımın qızlarımla qurduğu əlaqədir / İzərkən, içdən-içə gülümsəyirəm, içimdə əvvəllər heç hiss etmədiyim bir əmin-amanlıqla / Yenə də daşları suya tullayarkən sənin gözəl duruşunu izləməyə vurğunam / Bu, gördüyüm ən nəfis şeydir."

24 saat

Oxucu Şərhləri

Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

Şərh Yaz