Kerem Aktürkoğlu transferində yeni mərhələ
İstanbulun iki nəhəng klubu arasında Kerem Aktürkoğlu transferi ilə bağlı gərgin mübarizə yaşanır. "Beşiktaş" klubu gözlənilmədən bu transfer yarışına qoşulub. "Fənərbaxça" və "Benfika" arasında gedən danışıqların dalana dirənməsi "Beşiktaş" üçün fürsət yaradıb.
"Fənərbaxça" klubu Kerem Aktürkoğlu üçün "Benfika"ya 25 milyon avro təklif etmişdi. Lakin komandanın Çempionlar Liqasının pley-off mərhələsində iştirak edə bilməməsi səbəbindən bu təklif 20 milyon avroya endirildi. Bu vəziyyət "Benfika"nın sərt reaksiyasına səbəb oldu və tərəflər arasında danışıqlar dayandırıldı.
"Beşiktaş" transfer üçün büdcəni artırdı
Bu durğunluqdan yararlanmaq istəyən "Beşiktaş" Kerem Aktürkoğlu üçün hərəkətə keçib. Əslində, bu istedadlı futbolçu ilə Türkiyədən ilk maraqlanan klub məhz "Beşiktaş" olub. Orkun Kökçü transferi zamanı Kerem Aktürkoğlunun da vəziyyəti öyrənilib, lakin danışıqlar irəliləməyib. Klub prezidenti Sərdar Adalı "Benfika"nın Kerem Aktürkoğlunun Türkiyəyə gələcəyi təqdirdə yalnız onların komandasında oynamaq istədiyini bildiyini açıqlayıb. Cinah oyunçusu transferi üçün 20 milyon avro büdcə ayıran "Beşiktaş" bu məbləği Kerem Aktürkoğlu üçün 25 milyon avroya qaldırmağa hazırdır.
Oxucu Şərhləri
Şərh Yaz