Şou 06.07.2025

Kadir İnanırın Hayranının Fotosu Gündəmi Sarsdı

Kadir İnanırın Hayranının Fotosu Gündəmi Sarsdı
Aktyor Kadir İnanırın yorğun və arıq göründüyü fotoşəkilin üç ay əvvələ aid olduğu iddia edilsə də, onun həyat yoldaşı Jülide Kural şəklin bir neçə gün əvvəl fiziki müalicə mərkəzində çəkildiyini bildirib.

AKTYORUN SAĞLAMLIQ VƏZİYYƏTİ HAQQINDA AÇIQLAMA

Kural, İnanırın səhhəti ilə bağlı açıqlama verərək qeyd edib ki, onun vəziyyəti tamamilə yaxşıdır və hər gün daha da yaxşılaşır. O, gün ərzində fiziki müalicə prosedurundan keçir və aralarda dincəlir. Həmin fotoşəkil pərəstişkarın istirahət zamanı çəkdiyi karedir. İdman və ya müalicədən sonra hər kəs yorğun görünə bilər. Həmin gün onun yanında olmadığım üçün belə bir görüntünün əmələ gəldiyini deyə bilərəm. Hal-hazırda evdəyik, vəziyyəti çox yaxşıdır.

Xatırladaq ki, Kadir İnanır 24 mart 2024-cü ildə beyin damarına laxta düşməsi nəticəsində insult keçirmiş və uzun sürən reanimasiya müalicəsindən sonra xəstəxanadan çıxarılmışdı. Aktyorun müalicə prosesi barədə ətraflı məlumatı insult səhifəsindən əldə etmək olar.

24 saat