Şota Arveladze ilə yollar ayrıldı
Kasımpaşa futbol klubunda baş məşqçi Şota Arveladze dövrü 14 həftə sonra başa çatdı. Süper Liqdə son olaraq "Başakşehir"ə 3:1 hesabı ilə məğlub olan İstanbul təmsilçisində, gürcü mütəxəssis ilə müqaviləyə xitam verildi.
Komandanın son 7 Süper Liq matçında cəmi 1 qələbə qazanması və Ziraat Türkiyə Kubokunda həvəskar liqa təmsilçisi "Kahta"ya səfərdə 3:1 hesabı ilə uduzaraq mübarizədən kənarlaşması bu qərarın qəbul edilməsində əsas rol oynadı. Kasımpaşa Süper Liqin ilk 14 həftəsində topladığı 13 xalla 14-cü sırada qərarlaşıb.
Emre Belözoğlu Kasımpaşa ilə danışıqlar aparır
İstanbul təmsilçisində baş verən bu hadisələrdən sonra, klub rəhbərliyi komandanın sükanına keçməsi üçün Emre Belözoğlu ilə danışıqlara başlayıb. Məlumatlara görə, Emre Belözoğlu ilkin təmaslarda bu vəzifəyə müsbət yanaşdığını bildirib. Tərəflər arasında danışıqlar davam edir və yaxın zamanda yekun qərarın veriləcəyi gözlənilir.
Klub rəhbərliyi yeni baş məşqçinin ən qısa müddətdə elan edilməsini hədəfləyir. Qeyd edək ki, Emre Belözoğlu ötən mövsüm Antalyasporla Süper Liqdə yeni mövsümə başlamış, lakin 8-ci həftədə istefa vermişdi.

Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz