Mohamed Elneni-nin yeni evliliyi
Keçmiş "Beşiktaş" futbolçusu, hazırda "Əl-Cəzirə"də çıxış edən Mohamed Elneni bu dəfə meydandakı performansı ilə deyil, şəxsi həyatı ilə gündəmə gəlib. Misirli ulduzun məşhur Fas-lı bloqer Hənan ilə gizlicə evləndiyi ortaya çıxıb.
Gizli saxladılar
Bu barədə şayiələr Hənanın "Instagram" hesabında paylaşdığı fotolarla başladı. Şəkillərdə üzü emojilə bağlanan şəxsin Elneni olduğu qısa zamanda anlaşıldı. Üstəlik, Hənanın hamilə olduğu da diqqətdən yayınmadı. İzləyicilər paylaşılan kadrlardakı məkan və geyim detallarını Elneninin əvvəlki görünümləri ilə uyğunlaşdıraraq onun kimliyini müəyyən ediblər.
Gizliliyi ləğv etdilər, fotoları paylaşdılar
Xəbərlər yayıldıqdan sonra Hənan "Instagram" hesabını gizli saxladı. Lakin cütlüyün daha əvvəl Birləşmiş Ərəb Əmirliklərində oktyabr ayında evləndikləri məlum oldu. Elneniyə yaxın mənbələr evliliyi təsdiqlədikdən sonra cütlük gizliliyi pozdu və sosial mediada toy mərasiminin fotolarını paylaşdı.
İlk həyat yoldaşı Amal Əl-Henavi ilə 10 il evli qalan və üç övladı olan futbolçunun Fas-lı bloq yazarı Hənan Moja ilə yenidən evlənməsi və ardınca hamilə olduğunu açıqlaması müxtəlif söz-söhbətlərə yol açıb.
Karyera pillələri
2024-cü ilin yayında "Arsenal"dan ayrılaraq "Əl-Cəzirə"yə transfer olan Elneni, 2019-cu ildə "Beşiktaş"da icarə əsasında forma geyinmişdi.
Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz