Maraqlı 22.11.2025

Keçmiş futbolçu Batuhan Karadenizə qırmızı bülleten

Keçmiş futbolçu Batuhan Karadenizə qırmızı bülleten

Keçmiş futbolçu Batuhan Karadenizin əmlakına həbs qoyuldu

Qanunsuz mərc fəaliyyətləri ilə bağlı aparılan genişmiqyaslı istintaq çərçivəsində, qaçaq vəziyyətdə olan keçmiş futbolçu Batuhan Karadenizin əmlakına həbs qoyulub. Beynəlxalq axtarış üçün barəsində qırmızı bülleten elan edilib.

İstanbul Baş Prokurorluğunun araşdırmaları nəticəsində, keçmiş futbolçunun sosial media platformalarında yasaq mərc və qumar oyunlarını təşviq edən, eləcə də qanunsuz mərc saytlarının reklamını aparan paylaşımlar etdiyi müəyyən edilib. Bu əsasla, Karadenizin daşınmaz əmlakı, şirkətlərdəki səhmləri, bank və digər maliyyə qurumlarındakı əmanət və investisiya hesabları, habelə kriptovalyuta bazarlarında olan bütün aktivləri müsadirə edilib.

"Meritking" saytının sahibi də qırmızı bülletenlə axtarılır

Sözügedən istintaq çərçivəsində "Meritking" adlı qanunsuz mərc saytının qaçaq sahibi Fedlan Kılıçaslanın da əmlakına həbs qoyulub və haqqında qırmızı bülleten elan edilib.

24 saat

Oxucu Şərhləri

Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

Şərh Yaz