Şou 28.08.2025

'Kral Kaybederse'yə şok transfer

'Kral Kaybederse'yə şok transfer
Star TV-nin Kral Kaybederse adlı yeni serialına tanınmış aktrisa Gökçe Bahadır da qatılıb. Aktrisa, Taylan Biraderlər və Cem Toluayın birgə rejissorluğu ilə Seda Altaylı Turqutlunun qələmə aldığı layihədə "Sevda" obrazına həyat verəcək. Onun canlandıracağı "Sevda" xarakteri, hekayədə media maqnatı Cemalın (Engin Şenkan) qızı olaraq tamaşaçıların qarşısına çıxacaq.

UZUN MÜDDƏTDƏN SONRA YENİDƏN BİR ARADA

Aslıhan Gürbüz və Gökçe Bahadır, bir neçə il sonra yenidən eyni layihə çərçivəsində əməkdaşlıq edəcəklər. Məlumdur ki, onlar illər əvvəl böyük rezonans doğuran "Ufak Tefek Cinayetler" serialının baş rollarını paylaşmışdılar. Gökçe Bahadırın bu yeni layihəyə qoşulması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Tanınmış aktrisanın televiziya ekranlarına qayıtması onun pərəstişkarlarında böyük həyəcan yaradıb.

24 saat

Oxucu Şərhləri

Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

Şərh Yaz