Larry Page dünyanın ikinci ən zəngin insanı oldu: Alphabet-in süni intellektə əsaslanan yüksəlişi
Google-un həmtəsisçisi Larry Page bazar ertəsi Oracle-ın sahibi Larri Ellisonu geridə qoyaraq dünyanın ikinci ən zəngin şəxsi ünvanını qazanıb. Bu hadisə ana şirkət Alphabet-in süni intellekt (Sİ) bazarında qazandığı təkanla səhmlərinin bir neçə həftədir davam edən yüksəlişi fonunda baş verib.
Alphabet-in dəyəri son həftə ərzində sürətlə bahalaşaraq hazırda Microsoft-dan daha yüksək səviyyəyə çatıb.
Səhm bazarlarında dinamika
Bazar ertəsi ticarət açıldıqda, Alphabet səhmləri 5,8% artaraq təxminən 317 dollara yüksəlib. Ötən həftə ərzində şirkətin səhmləri 8,4% ralli edərək dəyərini 276 dollardan 300 dollara qədər artırmışdı.
Oracle-ın səhmləri isə əvvəlki iki ticarət sessiyasında təxminən 12% düşdükdən sonra 1,5% azalaraq 196 dollardan aşağı enib.
Milyarderlərin sərvətində dəyişikliklər
1998-ci ildə Sergey Brin ilə birlikdə Google-u quran Larry Page-in sərvəti bazar ertəsi 8,7 milyard dollar artaraq 255 milyard dollar olaraq qiymətləndirilir. Page-in sərvəti son beş ildə əhəmiyyətli dərəcədə artaraq, 2020-ci ildə 50,9 milyard dollardan 2025-ci ilin əvvəlinə 144 milyard dollardan çox olub.
Larri Ellisonun sərvəti də bu il 400 milyard dollara çatan ikinci şəxs olduqdan sonra sürətlə artsa da, Oracle-ın səhmlərinin son həftələrdəki enişi səbəbindən onun sərvəti təxminən 248,8 milyard dollara düşüb. Sergey Brin isə Amazon-un qurucusu Ceff Bezosu (235,1 milyard dollar) keçərək 236,4 milyard dollarlıq sərvətlə dünyanın dördüncü ən zəngin insanı olub.

Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz