Lucas Torreira və Devrim Özkanın Dördüncü Ayrılığı
Qalatasarayın məşhur futbolçusu
Lucas Torreira ilə tanınmış aktrisa
Devrim Özkan cütlüyü dördüncü dəfə yollarını ayırıb. Onlar sonuncu dəfə 3 avqust 2025-ci ildə "Qalatasaray"ın İtaliyanın "Latsio" klubu ilə keçirdiyi hazırlıq oyunundan sonra barışmışdılar. Cütlük hətta birlikdə tətilə çıxaraq, "sevgimiz yenidən alovlandı" mesajını vermişdi. Lakin bu dəfəki xoşbəxtlik də gözlənildiyi kimi uzun sürməyib.
Cəmi 15 günlük münasibətdən sonra sevgililərin sosial media platformalarında bir-birlərini izləməyi dayandırmaları, ayrılıqla bağlı yayılan iddiaları təsdiqləmiş oldu.
Devrim Özkan İkinci Böyrək Əməliyyatı Keçirib
Liqaların başlaması ilə əlaqədar İstanbula qayıdan futbolçu komandası ilə məşqlərə başlayarkən, aktrisa
Devrim Özkan şəxsi İnstaqram hesabından xəstəxanadan çəkilmiş fotosunu izləyiciləri ilə paylaşıb. O, ikinci böyrək əməliyyatı keçirdiyini açıqlayaraq səhhəti barədə məlumat verib.
Özkan paylaşımında bu sözləri qeyd edib: "İkinci əməliyyatımı keçirdim və daha yaxşı olacağam. Hələ tam özümə gəlməsəm də, ağrılarım olsa da, özümü yaxşı hiss edirəm. Hər kəsə sağlamlıqlarına diqqət etmələrini, xüsusilə də
böyrəklərinə qarşı həssas olmalarını tövsiyə edirəm!"
24 saat
Oxucu Şərhləri
Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!
Şərh Yaz