Şou 28.06.2025

Məşhur müğənniyə dincələrkən pis xəbər

Məşhur müğənniyə dincələrkən pis xəbər

Müğənni Mustafa Sandal həyat yoldaşı Melis Sütşurupla birlikdə tətil etmək üçün Bodruma yollanıb. Cənnət buxtasındakı çimərliklərdən birində günəş vannası qəbul edərkən sənətçi gözlənilməz və xoşagəlməz bir xəbər alıb.

MƏNZİLİN KİRAYƏSİ VƏ YARANAN GƏRGİNLİK

Sənətçinin İstanbulun Etilər rayonunda aylıq 65 min Türk lirəsinə yaşadığı mənzilin kirayəsi iki dəfədən çox artırılıb. Mənzilin sahibi İrəm Arqud aylıq 170 min lirə tələb edib. Bu tələblə razılaşmayan müğənni məsələyə etiraz edərək hüquqi yollara əl atıb və beləliklə kirayə mübahisəsi yaranıb.

MƏHKƏMƏNİN SON QƏRARI

İstanbul Sülh Hüquq Məhkəməsinin tələbi ilə, kirayə haqqının müəyyənləşdirilməsi məqsədilə mənzildə mütəxəssis ekspertlər tərəfindən araşdırma aparılıb. Ekspert rəyində mənzilin aylıq kirayəsinin 150 min lirə olması gərəkliyi qeyd edilib. Məhkəmə ekspert rəyində göstərilən məbləğə 10 faiz “ədalətli endirim” tətbiq edərək, kirayə haqqının aylıq 135 min lirə olaraq müəyyənləşdirilməsinə qərar verib. Bu qərarla İstanbulda tanınmış sənətçinin üzləşdiyi kirayə mübahisəsi həllini tapıb.

24 saat