Gündəm 18.08.2025

Marmarisdə ölən şotland turist britaniyalıları sarsıtdı

Marmarisdə ölən şotland turist britaniyalıları sarsıtdı

İskoçyanın Arbroath şəhərindən olan 47 yaşlı Con Nelson, ailəsi ilə birlikdə tətil üçün gəldiyi Türkiyədə, qayıq səyahəti zamanı boğularaq həyatını itirib.

Hadisə ötən ay Marmarisin populyar tətil məkanlarından Turunç açıqlarında baş verib. İyulun 31-də yaşanan bu faciəli hadisə Nelsonun ailəsi üçün böyük şok və kədər mənbəyi olub.

AİLƏNİ YASA BOĞAN FACİƏ

Nelson oğlu Coş və həyat yoldaşı Şeron Stüart ilə birlikdə günəşli tətilin dadını çıxararkən dənizdə faciəvi şəkildə dünyasını dəyişib. Hadisədən sonra polis araşdırmalara başlayıb, yaxınları isə sosial mediada duyğusal paylaşımlar ediblər.

Şeron Stüart verdiyi açıqlamada bunları qeyd edib:

“Türkiyədəki ilk ailə tətilimizdə Coşun atası Con Nelsonu dənizdə tragik şəkildə itirdik. Sözlərimizi itirmişik, tamamilə dağılmışıq. O, həyatını yaxşılığa doğru dəyişmişdi və biz onunla çox fəxr edirdik. Coşla birlikdə son tətilini keçirib ən xoş anlarını yaşamasına görə minnətdarıq. Onsuz həyat heç vaxt eyni olmayacaq. Səni sonsuza qədər sevəcəyik.”

Oğlu Coş da atasına “rol modeli və ən yaxşı dostu” deyərək emosional vida mesajı paylaşıb.

CƏNAZƏ MƏRASİMİ AVQUSTUN 27-DƏ KEÇİRİLƏCƏK

Nelsonun cənazəsi avqustun 27-də İskoçiyanın Anqus bölgəsindəki Friockheim qəsəbəsində təşkil ediləcək mərasimlə dəfn ediləcək. Birləşmiş Krallıq Xarici İşlər, Millətlər Birliyi və İnkişaf Ofisinin ailəyə konsulluq dəstəyi verdiyi bildirilib.

BRİTANİYA MƏTBUATINDA GENİŞ YER ALIB

Hadisə Britaniya mətbuatında geniş əks-səda doğurub. Kədərli ailənin mesajlarına mətbuatda geniş yer verilməsi ada daxilində böyük kədərə səbəb olub.

24 saat

Oxucu Şərhləri

Hələlik heç bir şərh yazılmayıb. İlk şərhi siz yazın!

Şərh Yaz